İqtisadiyyat

Azərbaycanda qaz yatağının işlənməsi üçün müqavilə imzalanıb

15 Oktyabr 2018 15:22
0 Şərh     Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın "Total" şirkəti "Abşeron" qaz yatağının işlənməsi üçün İtaliyanın "Saipem Contracting Netherlands BV", eləcə də Azərbaycanın "Boshelf LLC" və BƏƏ-nin "STAR GULF FZCO" şirkətlərinin yer aldığı konsorsiumla SURF-müqavilə imzalayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, müqavilə obyektlərin satın alınması, hazırlanması və quraşdırılmasını, qurğuların istismar sınaqlarını və digər işləri nəzərdə tutur.

Qeyd edək ki, "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qazı və 45 milyon ton kondensat həcmində ölçülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.