Azərbaycanlı milyarderin gəlirləri azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın "LUKoil" şirkətinin mühasibləri bu ilin 9 ayına dair xərclərin və gəlirlərin hesabatını təqdim ediblər.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, azərbaycanlı maqnat Vahid Ələkbərovun şirkətinin xərcləri artıb, gəlirləri isə azalıb. Belə ki, şirkət həmin müddət ərzində Qana, Syerra-Leone və Kot-d`İvuarda geoloji kəşfiyyat işlərinə 347 milyon dollar sərf edib. Ötən il həmin xərclər 277 milyon dollar təşkil etmişdi.
Şirkətin bu ilin 9 ayı ərzində təmiz gəlirləri 26,3 faiz azalaraq 5,7 milyard dollar təşkil edib. Üstəlik neftin qiymətinin ucuzlaşması ilə əlaqədar "LUKoil"un üçüncü rübdə gəlirləri daha kəskin - 1,9 dəfə azalaraq 1,6 milyard dollar olub. Bununla belə ilin doqquz ayında şirkətin satışdan əldə etdiyi vəsait 7 faiz artıb və 112,9 milyard dollar təşkil edib.
Şirkət gündə 2,3 milyon barrel neft hasil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,6 faiz çoxdur.
Hesabatda göstərilir ki, şirkətin əsaslı xərcləri də ötən ilin eyni dövrünə nisbətən 11 faiz artaraq 927 milyon dollar olub. Rusiyada xərclərin artması qazma işlərinin həcminin artması ilə bağlıdır.
Xaricdə xərclərin artmasına isə "LUKoil"un Azərbaycanın "Şahdəniz" qaz yatağının ikinci fazasında işləri ilə əlaqəlidir. Həmçinin Qana və Rumıniyada yeni layihələrə görə xərclər artıb. "LUKoil" "Şahdəniz"də10 faizlik paya malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?





