İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Reynhard Mitçek: "Əminik ki, "Nabukko" kəmərinin inşasına 2013-cü ildə başlanacaq və ilk qaz 2017-ci ildə axacaq"
9 Avqust 2011 14:54
Baxış: 1 677
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Dünyanın ən böyük qaz ehtiyatlarının müəyyən hissəsi Xəzər regionu və Yaxın Şərqdə yerləşir və hasilatçı şirkətlər həmin ehtiyatları Avropaya ixrac etməyə çalışır".
"APA-ECONOMICS"in məlumatına görə, bunu "Nabucco Gas Pipeline International GmbH." şirkətinin icraçı direktoru Reynhard Mitçek bildirib.
Onun sözlərinə görə, "Nabukko" boru kəməri infrastrukturunun tikintisi hasilatçı şirkətlərin gözlədiyi kimi, onların iş qrafikinə uyğunlaşdırılıb: "Azərbaycandakı "Şahdəniz II" konsorsiumu 2011-ci ilin I rübündə elan edib ki, ixrac üçün nəzərdə tutulmuş ilk qaz 2017-ci ildə hasil ediləcək. Başlanğıcını Xəzər hövzəsindən götürən "Nabukko" boru kəməri həm logistika baxımından, həm də iqtisadi cəhətdən ən məqsədəuyğun nəqletmə marşrutudur və şübhəsiz ki, Cənub Dəhlizi infrastrukturunun inkişaf etdirilməsi istiqamətində öndə gedəcək".
R.Mitçek onu da bildirib ki, hazırda səhmdarlar qaz təchizatçıları ilə danışıqlar aparır və müəyyən irəliləyiş əldə edilməkdədir: "Ona görə də biz əminik ki, tikinti işləri 2013-cü ildə başlayacaq və ilk qaz 2017-ci ildə axacaq. "Nabukko" layihəsi öz istehlakçılarının ehtiyacları nəzərə alınmaqla davam etdirilir".
Xatırladaq ki, "Nabukko" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.
Tikintisinə 2013-cü ildə başlanacaq "Nabukko" qaz kəməri ilə Azərbaycan qazının nəqli 2017-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3300 km olacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır