İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya birjalarında gərginlik yaranıb
6 Avqust 2011 09:00
Baxış: 1 269
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-da iqtisadi tənəzzülün davam edəcəyi təhlükəsi nəticəsində ölkənin fond bazarları kəskin enmə ilə bağlanıb. "Dow Jones" indeksi 4,31% azalaraq 11 383,68-ə düşüb ki, bu 2008-ci ilin oktyabrından sonra ən ciddi azalma sayılır. "Nasdaq" indeksi 5,08% aşağı düşərək 2 556,39-ə, "S&P 500" indeksi isə 2009-cu ilin fevralından indiyədək ən kəskin azalma nəticəsində 4,8% azalaraq 1 200,07-ə enib. Ümumiyyətlə, "S&P 500" indeksi hələ iyulun 25-dən azalmağa başlayıb və indiyədək 11% aşağı düşüb. Səhmləri daha çox ucuzlaşan şirkətlər xammal sənayesini təmsil edir. Alüminium nəhəngi olan "Alcoa"nın səhmləri 9,3%, "Chevron" neft şirkətinin səhmlərinin dəyəri isə 5,8% azalıb.
Fond bazarlarında qiymətlərin düşməsi elə bir kəskin şəkil alıb ki, ölkənin aparıcı telekanalları ABC, CBS və NBC efiri yarımçıq saxlayaraq, təcili xəbərlər proqramları yayıb.
Amerikadan sonra sarsıntı Asiya fond bazarlarını bürüyüb. Regionun ən iri şirkətlərinin səhmlərini əks etdirən "MSCI Asia Pacific" indeksi avqustun 5-də hərraclar başlayandan 4% azalıb. Nəticədə, mayın 2-də indeksin maksimum hədd olduğu dövrdən indiyədək azalma 10%-ə çatıb. Təkcə ötən həftə "MSCI Asia Pacific" 8% itirib - bu, 2008-ci ilin oktyabrından sonra ən pis göstəricidir. Honkonqun "Hang Seng" indeksi 4,29%, Koreyanın "Kospi" indeksi 3,7%, Şanxay fond birjasının "SSE Composite" indeksi 2,15% azalıb. Yaponiyanın "Nikkei 225" indeksi 3,72% azalıb, sonuncu dəfə belə kəskin azalma bu ilin martında - zəlzələ zamanı baş verib.
Avropa birjalarında da enmə prosesləri davam edir. Bu gün "FTSE 100" indeksi 2,2%, Fransanın "CAC" indeksi 1,6%, Almaniyanın "DAX" indeksi 1,9% azalıb. Ümumiyyətlə, Qərbi Avropanın bütün 18 əsas fond indeksi azalıb. Avropanın iri müəssisələrinin ümumiləşdirilmiş indeksi "Stoxx Europe 600" 0,6% enib. Ümumilikdə, bu indeks 2011-ci ilin fevralında qeydə alınan maksimum həddən indiyədək 16% aşağı düşüb.
Ekspertlərin sözlərinə görə, investorlar dünya və ABŞ iqtisadiyyatının son aylar nə qədər zəiflədiyini başa düşməyə başlayıblar. Dünyada aktivlərin idarə olunması sahəsində ən böyük şirkət olan (hazırda 3,66 trln. dollar idarə edir) "iShares-BlackRock Inc."in aparıcı strateqi Rass Kosterikin sözlərinə görə, investorları ən çox narahat edən amil Avropa və ABŞ-da büdcəyə qənaət edilməsi və faiz dərəcələrinin "sıfır"a yaxın olmasıdır: "Başa düşülmür ki, belə vəziyyətdə hökumət hansı addım ata bilər".
Qeyd edək ki, adətən iqtisadi artım zəifləyəndə faiz dərəcələrinin aşağı salınması iqtisadi artım üçün müəyyən stimul rolu oynayır. Hazırda faiz dərəcələrinin sıfır ətrafında olması isə o deməkdir ki, indi bu üsuldan istifadə etmək mümkün deyil.
Digər ekspertlər investorlar arasında təşviş və qorxu olduğunu bildirirlər. Onların sözlərinə görə, hamı hesab edirdi ki, dövlət borcu üzrə tavanın yüksəldilməsi problemi həll edəcək: "Amma ümumilikdə iqtisadiyyatın zəif olduğunu deyəsən hamı yaddan çıxarmışdı".
Xammal bazarında da enmə başlayıb. Neftin və digər xammalların qiyməti aşağı düşür. Artıq "Brent" neftinin qiyməti may ayından indiyədək ilk dəfə olaraq 105 dollara enib. ABŞ birjalarında Texas neftinin qiyməti son 3 ayda ən aşağı həddə - 86,06 dollara düşüb. Xammal metalların - mis və nikelin də qiyməti düşür (müvafiq olaraq 1,8% və 1,44%). Əvəzində qızılın qiyməti artır. Bu ərəfədə qızıl növbəti bahalaşma rekordunu təzələyib - hərraclarda qızılın 1 unsiyası 1 684,8 dolara çatıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır