İqtisadiyyat

Azərbaycan Gürcüstana 558 milyon dollar investisiya yatırıb

15 Avqust 2017 12:52
2 Şərh     Baxış: 950
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə Gürcüstan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların həcminə görə Azərbaycan birinci olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan ötən il qonşu ölkəyə 558 milyon dollar investisiya yatırıb.
 
Bu, Gürcüstana yatırılan xarici investisiyaların ümumi həcminin 35,6 faizini təşkil edib. 2016-cı ildə Gürcüstan iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların ümumi həcmi təqribən 1,6 milyard dollar olub.
 
Gürcüstana ən çox investisiya qoymuş ölkələr arasında Azərbaycandan sonra Türkiyə (203,5 milyon dollar), Böyük Britaniya (118,8 milyon dollar) və Niderland (97,2 milyon dollar) gəlir.
 
Ötən il Gürcüstanda xarici investisiyalar ən çox nəqliyyat və rabitə, tikinti, maliyyə, istehsal və energetika sektorlarına yatırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.