Azərbaycanlı oliqarx bir günə 318 milyon dollar itirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Senatının iki gün əvvəl iyunun 15-də Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə layihəni təsdiqləməsi Kremlə yaxın rusiyalı oliqarxların bir günə cəmi 3 milyard dollar itirməsinə səbəb olub.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki,"Forbes" jurnalının rus versiyası hansı oliqarxın Senatın qərarından nə qədər itirdiyini hesablayıb.
Belə məlum olub ki, azərbaycanlı oliqarx, "Lukoil" şirkətinin prezidenti Vahid Ələkbərov sanksiyaların sərtləşdirilcəyi barədə xəbərdən bir günə 318 milyon dollar itirib. O, bu məsələdən ən çox ziyan çəkən oliqarxdır.

Senatda səsvermədən keçən layihə hələ qüvvəyə minməyib və Konqresin ümumi səsverməsindən keçməlidir. Buna baxmayaraq Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdiriləəyinə dair xəbər birjalarda Kremlə yaxın oliqarxların şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub. Nəticədə onlar "kasıblayıblar".
Yeni sanksiyalar paketinə əsasən, ABŞ-ın Maliyyə Nazirliyi, Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamenti Rusiyanın aparıcı oliqarxlarının və siyasi fiqurlarının barəsində müntəzəm hesabatlar hazırlamalı, onların cari maliyyə vəziyyətini qiymətləndirib real gəlir mənbələrini, prezident Putinlə əlaqələrini qiymətləndirməlidir. Əgər həmin oliqarxların gəlir mənbələri ilə bağlı hər hansı şübhələr meydana çıxsa onlar avtomatik olaraq ABŞ-ın sanksiyalarının təsiri altına düşəcəklər.
"Forbes" qeyd edir ki, oliqarxlar Vladimir Lisin və Leonid Mixelson hərəyə 200 milyon dollardan çox itiriblər. Dağıstanlı milyarder Süleyman Kərimov da təxminən bu qədər ziyana düşüb. Çünki səhmləri Nyu York Fond Birjasında alınıb-satılan Rusiya şirkətlərinin hamısının səhmləri dəyər itirib.
Analitiklər hesab edir ki, investorlar riskli aktivlərdən qaçdıqları üçün yaxın perspektivdə rusiyalı oliqarxların öz kapitallarını yenidən artırması mümkün olmayacaq. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların ləğvi, yaxud yumşaldılacağı barədə gözləntilər boşa çıxıb.
"Forbes" xatırladır ki, ötən il zəngin rusiyalılar üçün uğurlu olmuşdu. Onlar məcmu kapitalını 100 milyard dollar artıraraq 450 milyard dollara çatdıra bilmişdilər. Lakin bu il belə uğur gözləməyə dəyməz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?





