İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Nabucco” rəsmisi: "Layihənin dəyəri ilə bağlı dərc edilən göstəricilər dəqiq deyil"
6 May 2011 17:20
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Nabucco" qaz kəməri layihəsinin dəyəri ilə bağlı dərc edilən göstəricilər ehtimal xarakteri daşıyır və dəqiq deyil". Bu barədə Milli.Az xəbər portalına "Nabucco Gas Pipeline International" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristian Dolezal bildirib.
O, qaz kəməri layihəsinin dəyərinin əvvəllər bəyan olunan 7,9 mlrd. avrodan 12-15 mlrd. avroyadək artırılması ilə bağlı yayılan məlumatları şərh edib.
"Hazırda nəzərdə tutulmuş 7,9 milyard Avro investisiya göstəriciləri Nabukko layihəsi üzrə 2005-ci ildə aparılmış texniki-iqtisadi əsaslandırmadan irəli gəlir. Həmin göstəricilər hazırda yenidən nəzərdən keçirilir. Nabukko layihə heyəti faktlara əsaslanan nəticələri açıqlayacaq. Bu ərəfədə dərc edilən hər hansı digər göstəricilər ehtimal xarakteri daşıyır və dəqiq deyil" - deyə şirkət rəsmisi əlavə edib.
Qeyd edək ki, "Nabucco" qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Tikintisinə 2012-ci ildə başlanacaq "Nabucco" qaz kəməri ilə Azərbaycan qazının nəqlinin 2015-ci ildən baş tutacağı gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
Anar Məmmədov
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama