İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda 18-ci neft-qaz sərgisi keçiriləcək
6 Aprel 2011 11:57
Baxış: 2 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İyunun 7-10-da "Bakı Ekspo" sərgi mərkəzində Xəzəryanı regionun neft və qaz sahəsində ən böyük tədbir olan "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı keçiriləcək. Dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilən bu tədbir hər il dünyanın neft sektorunun mütəxəssislərini və əsas iştirakçılarını bir araya gətirir. Hər il sərginin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi onun yüksək statusunu bir daha təsdiq edir. Bununla yanaşı, hər il sərginin ünvanına bir sıra dövlətlərin liderləri öz salamlama məktublarını yollayırlar. Ənənəvi olaraq, "Caspian Oil and Gas" (Xəzər Neft-Qaz) layihəsinə Azərbaycan Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən də dəstək verilir. Artıq altıncı ildir ki, sərgi beynəlxalq səviyyəli "UFI" - Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təsdiq edilir. "UFI tərəfindən təsdiq olunub" keyfiyyət nişanı sərgilərin bütün beynəlxalq standartlara cavab verdiyini sübut edən göstəricidir. Bu il sərgi "İlin Brendi №1-Azərbaycanda Sərgilər" nominasiyasında "Brand Award Azerbaijan 2010" mükafatı ilə təltif olunub.
"Caspian Oil and Gas"-2011 dünyanın 28 ölkəsindən 300-dən yuxarı şirkətin, o cümlədən neft və qaz sənayesi sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarə etmə, neft və neft məhsullarının nəqli üzrə rəhbər işçilərinin, ekologiya işçilərinin, eləcə də elm xadimlərinin iştirakı gözlənilir. Sərgi sahəsinin 40 faizdən çox hissəsini, əsas etibarı ilə Xəzər Neft və Qaz tədbirinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutacaq. Qarşıda gələn sərgi sponsorlarının arasında SOCAR, "Caspian Geophysical", "Cross Caspian", "Oil and Gas Logistics", BP, "McDermott Caspian", "Inpex", Conoco, OMV, RWE, "Caspian Pipe Coatings" və "Nobel Oil" şirkətləri var. Beləliklə, artıq bu gün keçən il ilə müqayisədə sərginin 25% artımı qeyd olunur.
Sərginin ikinci günü, yəni iyun ayının 8-də "Hyatt Regency" mehmanxanasının konfrans zalında "Caspian Oil and Gas" konfransı öz işinə başlayacaq. Bu konfransda Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın bu məsələdə rolu, ölkənin investisiya baxımından cəlbedici olması, habelə Azərbaycanda kəşfiyyat və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək.
Artıq uzun illər ərzində keçirilməsinə baxmayaraq, "Caspian Oil and Gas" sərgisi əvvəlki kimi bütün dünyanın "neft-qaz elitasının" diqqət mərkəzindədir. Respublika rəhbərliyi tərəfindən neft-qaz çıxarma və karbohidrogen ehtiyatlarının nəqli yollarının diversifikasiyası sahəsində həyata keçirilən uğurlu siyasət, habelə Azərbaycanın iri neft və qaz layihələrində potensial iştirakı Xəzər enerji resurslarına olan yüksək marağı, eləcə də regional və qlobal enerji təhlükəsizliyi kimi məsələlərdə Azərbaycanın artan rolunu bir daha vurğulayır. Bu baxımdan, sözügedən sərgi və konfransın köhnə tərəfdaş və investorların illik görüş yeri kimi, o cümlədən neft-qaz sənayesində mövcud olan yüksək texnoloji avadanlıqların geniş miqyasda nümayiş etdirildiyi, habelə Xəzəryanı ölkələrdə neft-qaz sənayesinin inkişaf yollarının daha geniş anlamda, eyni zamanda, ətraflı və peşəkar səviyyədə müzakirə edildiyi bir yer kimi daşıdığı əhəmiyyət daha da aktual xarakter alır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
-
Azərbaycanın Rusiyaya qeyri-neft ixracı artıb
XƏBƏR LENTİ
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
-
"Sabah" UEFA Çempionlar Liqası tarixinə düşdü
-
Amerikalı müğənni Dolli Parton vəfat edib
-
Türkiyənin iki vilayətində zəlzələ olub
-
Halit Ergençin 15 illik gizli peşəsi ortaya çıxdı - (Foto)
-
“Qarabağ” “Sabah”ı təbrik etdi
-
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
-
Günün qoroskopu: Ailə üzvlərindən biri ilə bağlı xoş bir xəbər ala bilərsiniz
-
“Lufthansa” aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
-
Püşkatma nə vaxtdır? - “Sabah” üçün 8 rəqib
-
Tahir Gözəl və Qurbanovdan “Sabah”ın uğuruna reaksiya - (Video)