İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Memar Əcəmi" stansiyasında yeni metro xəttinə keçid açılır - FOTO
18 Fevral 2011 11:37
Baxış: 6 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı metrosunun "Memar Əcəmi" stansiyasında insanların gediş-gəlişinə mane olan ticarət köşkləri yığışdırılır. Milli.Az xəbər portalının məlumatına görə, artıq metronun içərisində - keçiddəki köşklər yığışdırılıb. Keçid demək olar ki, tam ideal vəziyyətə gətirilib. Sərnişinlər metroya giriş-çıxışda heç bir çətinlik çəkmirlər.
Ticarət köşkələrinin metronun yalınız "Memar Əcəmi" stansiyasında sökülməsi səbəbini öyrənmək məqsədilə "Bakı Metropolitenin"də yerləşən ticarət obyektlərinin icarəsi ilə məşğul olan Zakir Quliyevlə əlaqə saxladıq. O, Milli.Az xəbər portalına açıqlamasında həmin stansiyada obyektlərin hansı səbəbdən sökülməsindən məlumatsız olduğunu bildirdi. Z.Quliyevin sözlrinə görə, həmin ticarət obyektləri metropoliten tərəfindən quraşdırıldıqdan sonra ona icarəyə verilir. Z.Quliyev əlavə etdi ki, köşklərin sökülməsi və quraşdırılması işləri ilə metropoliten məşğul olmur.
Yeni metro xətti 7 vaqondan ibarət olacaq
Bakı Metropolitenin baş mühəndisi Elbrus Muradov Milli.Az xəbər portalına həmin stansiyanın girişində olan ticarət obyektlərinin sökülməsini təsdiqlədi. Baş mühəndis bildirdi ki, həmin ərazidə yeni istifadəyə veriləcək "Avtovağzal" metrostansiyasına keçid tikiləcək. Onun sözlərinə görə, metronun "Memar Əcəmi" stansiyasının qonşuluğunda daha bir stansiya olacaq. Şərti olaraq "Cavadxan" adlandırılan bu stansiyadan "Avtovağzal" stansiyasına yol uzanacaq. "Memar Əcəmi" stansiyasından keçid vasitəsilə "Cavadxan"a keçib qatarla "Avtovağzal" stansiyasına getmək mümkün olacaq. Bu da metronun üçüncü xətti deməkdir.
Bakı Metropoliteninin III hərəkət xətti digərlərindən fərqlənəcək. Burada işləyən qatarların sayı 6 yox, 7 vaqondan ibarət olacaq.
E.Muradov onu da əlavə etdi ki, ticarət obyektlərinin hamısı sökülmür. Köşklərin bəzisi sökülür, digərləri daha müasir tərzdə təmir edilir.
Qeyd edək ki, "Avtovağzal" stansiyası Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında inşa edilir. Bu işlərin yaxın 2-3 il ərzində başa çatdırılması planlaşdırılır. Hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilə qədər 3 dəfə çoxalacaq. Bakı Metropoliteninin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayı 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır. Bu, paytaxtın mərkəzi hissələrinin tamamilə, şəhərin ətraf ərazilərinin isə qismən metro xəttilə əhatə olunması deməkdir.
Anar Məmmədov
Milli.Az

Foto Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
-
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırıb
-
Antalyada Birinci xanım Mehriban Əliyeva və Əminə Ərdoğandan səmimi görüntülər - (Foto)
-
Məhərrəm Müzəffərov xəstəxana direktoru təyin edildi
-
Babək prospektində “BMW”nin körpüdən aşmasının anbaan videosu
-
Sabah Balakəndə qaz kəsiləcək
-
“PAYIZ ETÜDLƏRİ” adlı yaradıcılıq sərgisinə əsər qəbulu elan olunur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - (Foto)
-
Tehran öz dininə xəyanət edir
-
Pakistanda polis dəstəsinə hücum - 11 nəfər öldü, 12 yaralı var
-
Sabah yola çıxanların nəzərinə - Görünüş məsafəsi azalacaq
-
Bir balıq ovu 2 min manata başa gələ bilər
-
22 yaşlı futbolçu məşq zamanı öldü
-
Samir Bayramlı: “Ad günümə gəlmədiniz, pulu kartıma göndərin” - (Video)
-
Bu marşrutlarla gedən sərnişinlərin diqqətinə
-
Yağışlı havada hansı yeməkləri yemək lazımdır?
-
Rəqsanə qızı Yana əməliyyatdan sonra ilk dəfə – Yeni görünüşü - (Video)
-
Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur - (Foto)
-
“AzParking” sürücülərə müraciət etdi
-
"Trabzonspor"un futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
-
Azərbaycan millisi 7 qol buraxdı