ABŞ-da neft istehsalı zəifləyəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qazma qurğularının azalmasının ABŞ-ın neft hasilatının zəifləməsi ilə nəticələnəcəyi gözlənilir.
OPEC bildirir ki, neftə olan tələbat 2015-ci il ərzində artacaq, çünki kartel ABŞ-ın şist nefti istehsalçılarına qarşı qiymət müharibəsində qalib gəlir.
"Neftayırma zavodlarında istehsal həcminin daha yüksək olması, çox güman ki, gələcək aylarda xam neftə tələbatı artıracaq" - kartel aprelin 16-da çıxan məlumatla bildirib.
OPEC təşkilatının verdiyi proqnoza görə, 2015-ci ilin ilk rübündə tələbat bir günə orta hesabla 29,27 milyon barrel olacaq. Mart ayında çıxan məlumatda göstərilən proqnozda isə bu göstərici daha aşağı verilmişdi. Eyni zamanda bu da bildirilib ki, kartelin öz ümumi hasilatı bir günə 680 min barrel olmaqla artacaq. Belə ki, bundan əvvəl hasilatın bir gün üçün 850 min barrel olması gözlənilirdi.
Belə görünür, neft hasilatının həddən artıq çox olması nəticəsində qiymətlərin düşməsinə baxmayaraq, OPEC üzvləri noyabr ayında Vyanada keçirilən görüşdə Səudiyyə Ərəbistanının rəhbərliyi altında neft istehsalını bir gün üçün 30 milyon barreldə saxlayarkən təşkilatın əsas hədəfi ABŞ imiş.
Qlobal səviyyədə neftin orta qiyməti 2014-cü ilin iyun ayının sonunda düşməyə başladı və yanvar ayında bir barrel neftin qiyməti 50 dollar oldu. Hazırda 60 dollarda qərarlaşan qiymətlərin bu səviyyədən aşağı düşməyəcəyi, ancaq 80 dollardan da yuxarı qalxmayacağı bildirilib.
Neft istehsalının həddən çox olması ilk dəfə ABŞ-da şist neftinin istehsalında sürətli artımla başladı. Bu da ABŞ-ı OPEC-in ən böyük müştərisindən çıxarıb rəqibə çevirirdi. Ancaq şist neftinin çıxarılması hidravlik qırılma tələb edir. Ənənəvi qazma üsulundan daha baha başa gələn bu metod isə neft qiymətinin bir barrel üçün 60 dollardan aşağı düşdüyü halda sərfəli deyil.
Verilən məlumatlara görə, ABŞ-da qazma qurğularının sayı mart ayında 238-ə düşüb, bununla da 15 mart etibarilə ölkədə ümumilikdə fəaliyyət göstərən 1110 qurğu qalıb.
OPEC bildirib ki, nəticə etibarilə, ABŞ-ın neft təchizatı ilin ikinci rübündə bir gün üçün təxminən 13,65 milyon barrelə qədər artacaq, sonra isə zəifləməyə və ilin qalan hissəsində azalmağa başlayacaq. Bu, Kanadanın istehsalına da aiddir.
OPEC isə mart ayında bir günə 30,79 milyon barrel neft istehsal etməklə fevral ayı üçün olan göstəricisini 800 min barrel keçib. Bu məlumat isə təkcə təşkilatın öz üzvlərindən yox, eyni zamanda sənaye mənbələri, neft analitikləri və ixracatçıları daxil olmaqla, müstəqil mənbələrdən verilib. Bu artımın əsas səbəbkarı həm öz istehsalını, həm də İraq və müharibənin dağıtdığı Liviyada istehsalı artıran Səudiyyə Ərəbistanıdır.
OPEC təşkilatının xam neftinə olan qlobal tələbata gəldikdə isə, məlumatda bildirilib ki, bir günə 29,3 milyon barrel olmaqla, cüzi miqdarda artım olacaq: "2015-ci il üçün neft tələbatında artımın, demək olar, üçdə ikisi Çin, İndoneziya, Malayziya , Tayland və Yaxın Şərqin payına düşür."
Məlumatda bu da qeyd edilib ki, OPEC təşkilatına üzv olmayan ölkələr tərəfindən istehsal edilən neftə qlobal tələbatın azalması gözlənilir.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə tədarük göndərilib
-
Laçında Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin idxalı və ixracı imkanları müzakirə edilib
-
Tədris ili başlayır: Bakıda kirayə mənzillər neçəyədir?
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Neftin qiyməti yenidən gündəmdə - Bazarda son vəziyyət
XƏBƏR LENTİ
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı





