İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən tanınmış marketinq mütəxəssisləri gələn həftə Bakıda bir araya gəlirlər - FOTO
7 Aprel 2015 13:19
Baxış: 2 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Twitter", "Google", "Rolls Royce", "Visa", "Heineken" və "BBC"nin marketinq mütəxəssisləri, qlobal marketinq dünyasının ən son tendensiyaları və çətinliklərini müzakirə etmək üçün 16-17 aprel 2015-ci il tarixlərində Azərbaycanın ən böyük qlobal marketinq tədbiri olan "Marketing Kingdom 3" tədbirində bir araya gələcəklər.
"Nar Mobile"ın "Platinum Sponsor" və "PAŞA Bank"ın "Korporativ Bank Seçimi" qismində dəstəklədiyi "Marketing Kingdom Baku 3" tədbiri "Twitter"in Satış Şöbəsinin Rəhbəri Aliza Noksun heyrətamiz təqdimatı ilə başlayacaq. Bu, "Twitter"dən məruzəçi qonaq edən ilk belə tədbirdir.
İki gün ərzində iştirakçılar "Google" təmsilçisi Alfonso De Qaetanonun təqdimatında mobil marketinq, "BBC" təmsilçisi Məhamməd Kərimin təqdimatında sosial medianın qiymətləndirilməsi, "Visa International" təmsilçisi Noha Başirin təqdimatında sosial medianın gücü, həmçinin "Heineken" təmsilçisi Martina Mişeska, "Danone" təmsilçisi Hasan Kartal və "Fox Networks" təmsilçisi Baris Zaviroğlunun təqdimatında məzmun idarəçiliyi üzrə interkativ mühazirələr dinləyəcəklər.
""Marketing Kingdom Baku"nun üçüncü buraxılışı həqiqətən də tarixi bir hadisədir. Dünyanın ən tanınmış marketinq brendlərinin bir neçəsini bir araya gətirmək bizi çox sevindirir. "Twitter"in ilk dəfə Azərbaycana gəlməsi bizi çox həyəcanlandırır və biz əminik ki, bu tədbir, iştirakçıları ölkədə marketinq liderləri kimi formalaşmaları üçün praktiki vəsaitlərlərlə təmin edəcəkdir.
Tədbirə, demək olar ki, yerlər qalmayıb. Bu səbəbdən, biz iştirakçıları mümkün qədər tez qeydiyyatdan keçməyə və dünyanın ən tanınmış marketinq dahilərindən bəziləri ilə görüşmək imkanını əldən buraxmamağa çağırırıq", deyə "Marketing Kingdom Baku 3"ün Tədbir Direktoru Kosta Petrov bildirib.
16-17 aprel 2015 tarixlərində Bakıda "Four Seasons" Mehmanxanasında baş tutacaq "Marketing Kingdom Baku 3" tədbiri "The P World" şirkəti və Platinum Sponsor qismində "Nar Mobile" tərəfindən təşkil olunur. "PAŞA Bank" tədbirin "Korporativ Bank Seçimi" kimi iştirak edir.
Tədbir eləcə də trend.az, Boutique Magazine, AIESEC, Day.az, Mak.az, Facemark, Georgia Today və smartskills.az tərəfindən dəstəklənir.
Qeydiyyatdan keçmək və qiymətlərlə bağlı informasiya almaq üçün aşağıdakı linkə daxil olun:
http://www.thepworld.com/pevents/event/92/marketing-kingdom-baku-3
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama