"Bank of Baku"-nun Wi-Fi xidmətinə qoşul, sənə özəl təkliflərdən məlumatlı ol!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müştəri məmnuniyyətinin artırılması məqsədi ilə "Bank of Baku" növbəti yeniliyini təqdim edir. Artıq bankın müştəriləri filiallarda növbə gözləyərkən, vaxtlarını daha səmərəli keçirə bilərlər. Belə ki, "Bank of Baku"-nun müştəriləri Wi-Fi xidmətindən yararlanıb, bankın onlara ünvanlanmış xüsusi təklifləri barədə məlumat ala biləcək. Yeni xidmətdən faydalanmaq üçün müştəri, sadəcə, mobil telefonunda (və ya hər hansı digər mobil cihazında) Wi-Fi alətində "BOB FREE" şəbəkəsini seçməli, daha sonra brauzerə daxil olub "Bank of Baku" tərəfindən hazırlanmış qeydiyyat formasına öz adını, soyadını və mobil telefon nömrəsini daxil etməlidir. Qeydiyyatdan keçəndən sonra müştəri bankın ona etdiyi xüsusi təklif və məlumatlarından xəbərdar ola bilər.
"Bank of Baku"-nun departament direktoru Anar Abbasov deyir ki, bu yenilik sayəsində müştərilər bank ekspertinə yaxınlaşmadan öncə bankın onlara edilən təkliflərindən məlumat əldə etmiş olacaq, həmçinin internetdən səmərəli istifadə edəcək. "Bura müştəriyə edilən özəl endirim və güzəştlər, kart balansının artırılmasının mümkünlüyü, bankın cari kampaniyaları haqda məlumat, daha böyük məbləğdə kredit təklifi və sairə aiddir. Bu xidmətin fərqli cəhəti müştərinin bankla iş tarixçəsinə uyğun ona müvafiq təkliflərin edilməsidir. Yeni müştərilər bu xidmətə qoşularaq bankın məhsulları ilə tanış ola və onlara müraciət edə bilər".
Qeyd edək ki, yeni xidmətə qoşulan müştərinin hər istifadə limiti 30 dəqiqə təşkil edir. Növbəti dəfə xidmətdən faydalanmaq istəyən müştəri yenidən müvafiq qeydiyyatdan keçməlidir. İlkin dövrdə yeni xidmət yalnız "Bank of Baku"-nun Baş İdarəsində fəaliyyət göstərəcək (Atatürk pr., 42).
Bankçılıq sahəsində texnoloji innovasiyalara böyük önəm verən "Bank of Baku" müştəriləri məmnun edəcək yeni xidmətlər üzərində işini davam etdirir.
Ətraflı məlumat: 145 Məlumat Mərkəzi
Bank of Baku
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq





