İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapurda “Bakı Gəmiqayırma Zavodu MMC” Birgə Müəssisəsinin təsis müqaviləsi imzalanıb – FOTO
13 Dekabr 2010 18:13
Baxış: 2 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Sinqapura səfəri çərçivəsində "Bakı Gəmiqayırma Zavodu MMC" Birgə Müəssisəsinin təsis müqaviləsi imzalanıb. Milli.Az xəbər portalı ARDNŞ-nin internet saytına istinadən xəbər verir ki, ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Keppel Offshore and Marine (KOM) şirkəti arasında imzalanmış müqavilə Bakıda yeni gəmiqayırma və təmir zavodunun inşası ilə əlaqədar Birgə Müəssisənin yaradılmasını nəzərdə tutur.
"Bakı Gəmiqayirma Zavodu MMC" adlanacaq Birgə Müəssisənin təsis müqaviləsini ARDNŞ prezidenti Rövnəq Abdullayev, AİŞ direktoru Əfqan İsayev və KOM-un Baş icraçı direktoru Tong Chong Heong imzalayıblar. Mərasimdə Keppel Korporasiyasının Baş icraçı direktoru, KOM Direktorlar Şurasının sədri Choo Chian Beng iştirak edib. Müqaviləyə əsasən, yeni yaradılacaq Birgə Müəssisədə ARDNŞ - 65%, AİŞ- 25%, KOM isə 10% paya malikdir. KOM-a həmçinin növbəti 3 il ərzində öz payını daha 10% artırmaq hüququ verilir.
Xatırladaq ki, 2009-cu ilin sonunda tərəflər arasında Azərbaycanda yeni gəmiqayırma zavodunun inşası ilə əlaqədar Anlaşma Memorandumu (Müqavilə Başlıqları) imzalanıb və 19 mart 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib. Həmin mərasimdə Sinqapur Respublikasının xarici işlər naziri Georg Yeonun rəhbərliyi ilə Sinqapur nümayəndə heyəti də iştirak edib. Hal-hazırda bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın "Royal Haskoning" və Niderlandın "TTC" şirkətləri tərəfindən zavodun layihələndirmə işləri həyata keçirilir. Eyni zamanda paralel olaraq zavodun tikiləcəyi ərazidə torpaq işləri aparılır və sahənin geniş tikinti üçün hazırlanması davam etdirilir. Tikinti işlərinin həyata keçirilməsi üçün dəvət olunacaq potensial şirkətlər arasında onların bu işləri aparmaq imkanlarını yoxlamaq məqsədi ilə tenderqabağı sorğu keçirilmiş və tenderə dəvət olunacaq şirkətlərin son siyahısı hazırlanıb. Zavodun 2013-cü ilin iyun ayında fəaliyyətə başlaması planlaşdırılır. Müəssisənin istehsal gücü ildə 25000 ton metal konstruksiyaların istehsalına bərabərdir.
Zavod ildə 4 ədəd 15000 ton yükgötürmə qabiliyyətinə malik tanker, 4 ədəd isə dəniz təchizat və ya yedək gəmisi tikmək imkanına malik olacaq. Ümumiyyətlə, Bakı Gəmiqayırma Zavodunun inşa edilməsində əsas məqsəd Xəzər dənizi hövzəsində tələbat duyulan bütün növ gəmilərin hazırlanmasıdır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)