Azərbaycanda köhnə maşınların qiyməti qalxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bankların kredit və lizinq şərtlərini sərtləşdirməsi, eyni zamanda Azərbaycana istehsal ili köhnə olan maşınların gətirilməsinin qadağan olunması maşın bazarında böhranlı vəziyyətin yaranmasına səbəb olub. Avtomobil salonları, maşın satışı ilə məşğul olan sahibkarlar hələlik çıxış yolu tapa bilmirlər. Nəticədə köhnə maşınların qiyməti qalxır, müştəri qıtlığı yaranır.Azərbaycanın avtomobil bazarı böhranlı günlərini yaşayır; Badamdardakı maşın bazarındakı son vəziyyət bu reportajda...
Bazar günü Badamdar qəsəbəsində yerləşən Avtomobillərin Satış Mərkəzində olub, oradakı son vəziyyəti öyrənməyə çalışdıq.
"Dövlət vəziyyətdən çıxış yolunu axtarmır"
Bazarda olarkən bir neçə məşhur avtomobil markasının salonuna baş çəkdik. Çin istehsalı olan "Cherry", "Ssang Yong", "Mgrande" kimi avtomoibillərin satışı ilə məşğul olan "333 Avto"dan öyrəndik ki, onlar maşınları bankların qoyduğu 50 faiz ilkin ödəniş sistemi ilə satılar. Satış meneceri Vüsalın sözlərinə görə, bir müddət öncə avtomobil bazarının dirçəldilməsi məqsədi ilə atılan addımlar bir nəticə verməyib: "Onlardan ən sərfəlisi salondaxili kredit və lizinq idi. Biz bir müddət salondaxili kreditlə maşın satdıq. Müştərilərin əksəriyyəti aylıq kredit haqqını gecikdirdiyindən qərara aldıq ki, bu sistemi ləğv edək. Hazırda 3 bankla lizinq və kredit şərtləri ilə əməkdaşlıq edirik. Bu ilin yanvarından etibarən maşın bazarında alver demək olar ki ölüb. Nədənsə, hələ də dövlət bu böhranlı vəziyyətdən çıxış yolunu axtarmır. Deyəsən, heç buna maraqlı da deyillər".
"Rusiya maşınlarının satışı canlanır"
Bazarda olarkən satıcılardan öyrəndik ki, Rusiya istehsalı avtomobillərin satışı yenidən canlanıb. Satıcı Camalın sözlərinə görə, "Priora", "VAZ 21015", "Niva" kimi maşınlara tələbat artıb. Bunun səbəbini satıcı İslam bu cür əsaslandırdı: "Benzinin qiyməti qalxan gündən satış nisbətən canlanıb. Rusiya istehsalı olan yeni maşınlar ekonom sinfə aiddir. Məsələn, 1.6 litrlik "Priora" 100 kilometrə şəhərdaxili 9-10, magistralda isə 7-8 litr benzin sərf edir. Maşınları həm bank yolu, həm də salondaxili kredit şərtləri ilə satırıq".
Satıcı ilə söhbət əsnasına öyrəndik ki, bazar rəhbərliyi yerhaqlarını 300-1000 manat arası qaldırıb: "Nizami rayonunda ehtiyat hissələrinin satıldığı bazarda bu yaxınlarda yer haqları qaldırıldı. 5-6 gün sonra burada da qiymətlər səbəbsiz və qəfil qaldırıldı. Əvvəllər aylıq 1000 manat verdiyimiz yerə indi bizdən 1500 manat alırlar. Bəzən elə olur ki, 4-5 ay bircə maşın da sata bilmirik. Onda yer haqqını da ödəyə bilmirik".
Bazar günü olduğundan öz maşınını bazara gətirib satmaq istəyənlər kifayət qədər idi. Maşını satmaq məqsədi ilə bazara gətirənlərdən 15 manat yığılır. Satıcılardan onu da öyrəndik ki, bazar günü işbazlar burada maşın saxlamağın qiymətini 20-30 manata kimi qaldırırlar. Onlar bunun səbəbini həftə sonu bazara maşın gətirənlərin həddindən çox olması ilə izah edirlər. Maşınını satmaq üçün bazara gətirən paytaxt sakini giriş pulunun baha olmasından şikayətləndi: "Bazar günü günorta saat 12-yə kimi burada oluruq. 4-5 saat üçün hər maşından 20-30 manat alırlar. 1999-cu il buraxılışlı "Mercedes Benz" markalı avtomobilimi 11 min dollara satışa çıxarmışam. Bayaqdan gələn müştərilər maşına baxmaqla kifayətlənirlər. Hələlik real alıcı yoxdur. Olmasa, maşının şəkillərini çəkib, elan saytlarına yerləşdirəcəm".
Bazardakı qiymətlər
Bazarda müşahidə aparıb müxtəlif markalı maşınların qiyməti ilə də maraqlandıq. Bazarda "Mercedes" (C 240) 2002-ci il - 17500 $, "Volkswagen (Touareg) 2004-cü il - 26000 $, "Fiat (Albea) 2006-cı il - 7600 $, "Mercedes" (E 500) 2002-ci il - 25000 $, "Mercedes (E 240) 2000-ci il - 18900 $, "Crysler" (300 C) 2005-ci il - 25000 $, "Opel" (Astra) 1999-cı il - 9200 $ başlayan qiymətlərlə satılır.
Qeyd edək ki, bu ilk üç ayı ərzində Azərbaycana xaricdən 14 091 avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bunlardan 209-u sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 12 856-sı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 894-ü yük avtomobilləri, 132-si xüsusi təyinatlı avtomobillərdir.
Yeni Müsavat
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





