Robert Dadli: ""Cənub Qaz Dəhlizi" Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend-in məlumatına görə, bu barədə BP şirkətinin rəhbəri Robert Dadli çərşənbə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışında deyib."Cənub Qaz Dəhlizi" bu layihə çərçivəsində qaz ixracının təmin olunması yolu ilə Azərbaycanı Avropa ölkələri ilə birləşdirəcək
Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" Avropanın lap ürəyini qazla təmin edəcək.
BP rəhbəri, həmçinin Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarının qəbul edilməsinin əhəmiyyətini qeyd edib: "Bu, neft-qaz sənayesində qəbul edilən ən mürəkkəb qərarlardan biridir".
Onun sözlərinə görə, bu layihə çərçivəsində aparılan inşaat işlərinin genişləndirilməsi zamanı Azərbaycanda 10 mindən artıq, eləcə də "Cənub Qaz Dəhlizi"nin keçəcəyi ölkələrdə on minlərlə iş yerləri yaradılacaq.
2014-cü ildə imzalanmasının 20 ili tamam olan "Əsrin müqaviləsi"ndən danışarkən, R.Dadli qeyd edib ki, bu müqavilə sayəsində Azərbaycan yenidən dünyada qabaqcıl neft və qaz istehsalçılarının sırasına daxil oldu: "Biz "Azəri-Çıraq-Günəşli" üzrə müqavilənin imzalanmasının 20 illiyini qeyd edirik. 1994-cü ildən bəri çox şeyə nail olunub. Bu müqavilənin imzalanması BP kimi şirkətlərə və digər tərəfdaşlara, bu layihədə iştirak edən ölkələrin minlərlə vətəndaşlarına çox şeylər verdi".
O əlavə edib ki, göstərilən müqavilə ölkənin iqtisadi artımına, eləcə də Azərbaycanın iqtisadi sahədə dünyanın digər dövlətləri ilə yeni əlaqələr qurmasına yardım edir.
Dadli qeyd edib ki, 1997-ci ilin sonundan AÇG-dən 2,5 milyard barel həcmində neft hasil olunub ki, bu da böyük həcmdir: "Son 9 il ərzində Ceyhan terminalından AÇG-dən hasil olunan neftlə 2500-ə yaxın tanker yüklənib. Biz tərəfdaşlarımız ilə ölkədə sosial sahədə layihələrin reallaşdırılmasına 16 milyon dollara yaxın sərmayə qoymuşuq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





