İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Şahdəniz" konsorsiumu dənizdə quraşdırma işləri üzrə iri müqavilə imzaladı
29 Aprel 2014 18:41
Baxış: 1 717
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Şahdəniz" konsorsiumu "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsi üzrə "BOS Shelf LLC", "Saipem Contracting Netherlands B.V." və "Star Gulf FZCO" konsorsiumu ilə dənizdə daşıma və quraşdırma işlərinə dair iri müqavilə imzalanıb.
"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin bir hissəsi olan 1,8 milyard dollarlıq bu müqavilənin imzalanması ötən ilin dekabr ayında yekun investisiya qərarının verilməsindən bu vaxtadək layihələr üzrə bütün sahələrdə böyük irəliləyişin göstəricisidir.
Bu müqavilənin iş həcminə hər iki dəniz platformasının dayaq bloklarının və üst modullarının, sualtı hasilat sistemlərinin və sualtı konstruksiyaların dənizə daşınması və quraşdırılması işləri daxildir. Müqavilə, həmçinin 360 kilometrdən artıq sualtı boru kəmərinin inşasını, dalğıc dəstək xidmətlərini və üç quraşdırma gəmisinin - "İsrafil Hüseynov" borudüzmə və "Tofiq İsmayılov" dalğıc gəmilərinin, eləcə də "Azərbaycan" kran barjının modernləşdirilməsini əhatə edir. Bu işlərin 2017-ci ilin sonunadək başa çatdırılacağı gözlənilir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: "Bu, böyük bir müqavilədir və bu tarixi layihə üçün əlamətdar bir hadisədir. Bu müqavilə yekun investisiya qərarından bu vaxtadək bağlanmış 13-cü iri müqavilədir. Ümumilikdə bu vaxtadək bağlanmış dəyəri təxminən 7 milyard dollar həcmində olan təchizat və xidmət işlərinin əsas hissəsi Azərbaycanın daxilində həyata keçiriləcək. Biz məmnunuq ki, "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi kimi nəhəng qaz işlənməsi və ixracı layihələrinin bütün sahələrində yaxşı irəliləyiş var. Hər iki layihə planlaşdırılmış qrafik üzrə davam edir və artıq Bakı yaxınlığındakı bütün istehsalat və tikinti sahələrində işlər başlanıb. Bütün bu böyük səylər və fəaliyyət bizim 2018-ci ilin sonlarında ilk qaz ixracına başlamaq planlarımızı əsaslandırır".
Bundan əvvəl "Şahdəniz" konsorsiumu 23 aprel tarixində Bakı Gəmiqayırma Zavodu ilə bir sualtı tikinti gəmisinin (STG) layihələndirilməsinə və inşasına dair 378 milyon dollar dəyərində müqavilə imzalamışdı. STG Xəzər dənizində yeni modern bir gəmi olacaq və 2017-2027-ci illər arasında 11 il ərzində "Şahdəniz-2" layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.
Gəminin 2,5 metr hündürlüyündəki böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 750 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparat, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə mühərriklə təchiz olunmuş iki mühərrik bölməsi olacaq və onun 6,5 metr suya oturumunda dedveyt çəkisi 5000 metrik ton təşkil edəcək. Sualtı tikinti gəmisi "Keppel Offshore & Marine" (Keppel O&M) şirkətinin gəmi layihələndirmə və inşa etmə bölməsi olan "Marine Technology Development" tərəfindən layihələndiriləcək.
Bu gəmi 2017-ci ilin aprel ayında təhvil veriləcək.
Bakı Gəmiqayırma Zavodu ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti və "Keppel O&M" şirkətindən ibarət birgə müəssisədir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır