İqtisadiyyat

Dubay Azərbaycanda islam riteylinin potensialını inkişaf etdirməyə hazırdır

21 Aprel 2014 13:06
Baxış: 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam riteyli Azərbaycanda ciddi inkişaf potensialına malikdir

Trend-in məlumatına görə, bu barədə Dubay Ticarət-Sənaye Palatasının vitse-prezidenti Hişam əl-Şiravi bazar ertəsi Bakıda keçirilən riteylin və françayzinqin inkişafına həsr edilmiş "dəyirmi masa"da bildirib.

Tədbir Dubay palatasının (BƏƏ-də işgüzar mühitin və biznes maraqlarının müdafiəsinin inkişafı ilə məşğul olan struktur) nümayəndə heyətinin səfəri çərçivəsində təşkil olunub.

Əl-Şiravi deyib: "Hazırda "halal riteyl" ümumdünya pərakəndə satış həcminin təxminən 10 faizini təşkil edir. 2012-ci ildə müsəlmanlar islam paltar və ayaqqabılarına 224 milyard dollar xərcləyiblər. Proqnozlara görə isə, qarşıdakı bir neçə il ərzində bu rəqəm 324 milyard dollara çatacaq. Kosmetikaya gəldikdə, bu sahədə islam riteylinin həcmi 2012-ci ildə 26 milyard dollar olub və proqnozlara görə, bazar 2018-ci ilədək 39 milyardadək artacaq".

Onun sözlərinə görə, Dubay pərakəndə biznesdə dünyanın iri oyunçularından biri və dünyada riteyl ticarətin ikinci mərkəzidir.

Əl-Şiravi bəyan edib: "Ötən il əmirlikdəki ticarət mərkəzlərindən təkcə birini, "Dubai Mall"-u 75 milyon insan ziyarət edib ki, bu da 2012-ci ildəkindən 15 faiz çoxdur. Biz riteyl və françayzinqin inkişafı üzrə ciddi təcrübəyə malikik və onu azərbaycanlı həmkarları ilə bölüşməyə hazırıq".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.