İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hotellər və Restoranlar Assosiasiyası: Təcrübə və fikir mübadiləsi - FOTO
3 Mart 2014 16:14
Baxış: 2 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən "Master Class Session" layihəsi çərçivəsində növbəti tədbir Four Seasons Baku Hotelin Top Menecmenti tərəfindən iki mövzu üzrə aparılan tədbirlə 28 fevral tarixində baş tutmuşdur. Hotelin Baş meneceri cənab Sam İoannidis və onun həmkarı İnsan Resursları direktoru xanım İdil Tümöz Eratay "Four Seasons: History, Geography, Philosophy" və "HR Management: how we hire, what we look for and how to have a successful interview" mövzularında məruzələr edərək iştirakçılarla öz təcrübələrini bölüşmüşdürlər.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən Ammbasador, Ariva, Atropat, Austin, Crown, Diplomat, Garadagh Hill, High Park, Hilton, Kichik Gala, Hotel Meridian, New Baku, Noahs Arc, Old City, Park İnn, Qafqaz Park, Qafqaz Point, Royal, Shah Palace, New Baku, Jumeirah Bilgah Beach, Karvansara Restoran Kompleksi və digərlərinin rəhbərləri iştirak etmişdirlər.
Tədbir zamanı 1961-ci ildən fəaliyyət göstərən Four Seasons & Resorts şəbəkəsinin yaranma tarixi, bu brendin yaradıcıları, brendin coğrafiyası və dünya hotelçilik bazarında tutduğu yer haqqında bəhs olunmuşdur. Qeyd edilmişdir ki, Four Seasons hotelləri qonaqlara yüksək səviyyəli xidmətlər göstərərək lüks seqmentinə aid müəsissələrdirlər. Hotelin Baş Meneceri cənab Sam İoannidis öz fəaliyyətindən danışaraq təcrübəsilə bölüşmüşdür.Tədbirin ikinci hissəsi insan qaynaqları mövzusunda davam edərək hotelin İnsan Resursları direktoru xanım İdil Tümöz Eratayın məruzəsi dinlənilmişdir. O, Four Seasons brendinin insan qaynaqları siyasətini açıqlamışdır. Qeyd edilmişdir ki, hər bir əməkdaşın xidməti inkişafı üçün müvəffəq olmasına şərait yaradılır. Sonra İdil xanım öz təcrübəsindən, brendin apardığı treninqlərdən, işə qəbul qaydalarından danışmışdır.
Sonda hotel üzrə tur aparılaraq təklif edilən xidmətlərlə tanışlıq keçirilmişdir.
Assosiasiyanın təşəbbüsü hotelçilər tərəfindən bəyənilərək, bu kimi tədbirlərin ölkə qonaqpərvərlik sənayesinin inkişafında əvəzedilməz rolu qeyd edilmişdir. Bunlarla yanaşı, praktiki təcrübə mübadiləsi, tələbələr üçün praktika və ixtisas artırma layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilmişdirlər. Assosiasiyanın rəhbərliyi tərəfindən qeyd edilmişdir ki, bu layihələrin reallaşması üçün xarici brend qonaqpərvərlik şirkətləri və yerli hotellər daha sıx əməkdaşlıq etməlidirlər və qonaqpərvərlik sənayesində çalışan hər bir kəs fəallıq nümaiş edərək bu sənayenin inkişafına öz töhfəsini gətirməlidir.
Tədbirin partnyoru qismində Print Art Document Centre, Nova Net, Aosion, BakTorq, Luxury Candles Azerbaijan şirkətləri və Azərbaycan Barmenlər Assosiasiyası iştirak etmişdirlər. Qeyd etmək istərdik ki, NovaNet şirkətinin (http://novadotnet.com/en/) proqram məhsulu olan İnOtel yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir. Aosion şirkəti (http://www.aosion.com/) yeni texnologiyaların vasitəsilə gəmiricilər, həşaratlar və ilanlar əlehinə ultrasəsli qovucu qurğular təklif edir. Tədbirin digər partnyoru, Print Art Doccentre (www.doccentre.az) şirkəti yüksək keyfiyyətli və sürətli rəqəmsal çap məhsulları sahəsində xidmətlər göstərir.
Hotellər və Restoranlar Assosiasiyası, göstərilən köməyə görə partnyor şirkətlərə və təşkilatı dəstəyə görə Four Seasons Baku Hotelinin bütün kollektivinə, o cümlədən şəxsən hotelin Baş Meneceri cənab Sam İoannidis və İnsan Resursları direktoru xanım İdil Tümöz Erataya Assosiasiyanın təşəbbüsünü dəstəklədiklərinə görə dərin minnətdarlığını bildirir.
Qeyd etmək istərdik ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və içtimai iaşə müəsissələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanmışdır. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın İdarə Heyətinin sədri Samir Babazadənin sözlərinə görə, bu tədbirlər cari ilin sonunadak davam edəcək və digər şəbəkə otellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən Master Klasların və təqdimatların keçirilməsini nəzərdə tutur. Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılmaqdadırlar.
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır