İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekspert: "BTC boru kəmərinin uzunmüddətli dayandırılması halında alternativ ixrac marşrutlarının mövcudluğu çox vacibdir"
19 Fevral 2014 20:00
Baxış: 1 299
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə ARDNŞ ilə Rusiyanın "Transneft" şirkəti arasında yeni müqavilənin imzalanmasının siyasi əhəmiyyəti daha vacibdir". Bunu Trend-ə açıqlamasında təhlükəsizlik və enerji məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli deyib.
B.Aslanbəyli qeyd edib ki, mövcud ixrac infrastrukturunun coğrafiyası diversifikasiya imkanlarının hər zaman diqqətlə dəyərləndirilməsini zəruri edir. Xam neftin digər ixrac marşrutları - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri, eləcə də Bakı-Batumi dəmiryolu - Gürcüstan və Türkiyə ərazisindən keçir.
Ekspert hesab edir ki, 2008-ci ildə olduğu kimi, hər hansı fors-major səbəbdən BTC boru kəmərinin nisbətən uzunmüddətli dayandırılması halında alternativ ixrac marşrutlarının mövcudluğu çox vacibdir: "Gürcüstan ərazisində hər hansı arzuolunmaz hadisənin baş verə biləcəyi halda isə belə fors-majorun aradan qaldırılması müddətində Şimal istiqaməti yeganə ixrac istiqaməti kimi istifadə oluna bilər. Onu da qeyd edim ki, fors-major hallarda ixrac imkanlarının məhdudluğu birbaşa hasilatın azalmasına səbəb ola bilər. Bu, əlavə diversifikasiya imkanlarının dəyərləndirilməsini daha da əhəmiyyətli edir".
Onun sözlərinə görə, əvvəlki müqavilə üzrə 1 ton neftin nəqli üçün tarif 15,67 ABŞ dolları idi və bu qiymət 16 ildən artıq bir müddətdə dəyişməz qalmışdı: "Etiraf etmək lazımdır ki, bu qiymət hazırkı bazar qiymətlərindən çox aşağı idi. Odur ki, "Transneft"in qiymət artırmaq istəyi təbii idi. Eyni zamanda, ARDNŞ-nin keyfiyyət bankı ilə bağlı tələbləri də kifayət qədər əsaslı idi. Yeni müqavilədə tərəflərin tarif məsələsində necə razılaşması barədə hələlik məlumat olmadığından məsələnin iqtisadi tərəflərini şərh etmək bir qədər çətindir".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)
-
Azərbaycanla Monqolustan arasında hava əlaqəsi haqqında Saziş təsdiq edilib
-
Yasamalda məktəbi yandırmağa cəhd etdilər
-
Məktəb direktorunun maşını yandırıldı
-
Ətin qiyməti ilə bağlı rəsmi açıqlama
-
Aygün Kazımovadan üzr istədi: "O sözlərim yalan idi" - (Video)
-
Nardaran Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı
-
"Futbol tarixinin ən yaxşısı mənəm"
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
-
Lətafət Ələkbərovanın başına iş gəldi: Toy sonrası ağır xəsarət aldı - (Video)
-
Evini kirayəyə verənlər üçün qaydalar açıqlandı
-
Kambocanın Baş naziri Heydər Əliyevin məzarını ziyarət edib - (Foto)
-
Babək Quliyev UEFA-dan təyinat aldı
-
Zəhra Hüseynovaya nazirlikdə vəzifə verildi - (Foto)