İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək - FOTO
25 Noyabr 2013 11:39
Baxış: 2 402
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümayiş edərək, sənayenin inkişafına öz töhfəsini gətirəcəkdir.
DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən "Master Class Session" layihəsi çərçivəsində növbəti tədbir Marriott Absheron Baku Hotelin Menecmenti tərəfindən təqdim edilmiş Marriott brendinin prezentasiyası 22 noyabr tarixində baş tutmuşdur. Hotelin baş meneceri cənab Guy Godet və onun həmkarları Bahar Dadaşova-Qəniyeva və Nisə Əliyeva məruzələr edərək iştirakçılarla öz təcrübələrini bölüşmüşdürlər.
Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən bir sıra hotellərin, o cümlədən Böyük Qala, Old City İnn, Alp İnn, Safran, Four Seasons, Kiçik Qala, Ambassador, Atropat, High Park, Central Park, Deluxe, Miraj İnn, New Baku, Royal, Nemi, Old Gates İnn, Sunrise, Amber, Guest House İnn, Grand Europe, Qafqaz City Hotel & Residences, Jumeirah Bilgah Beach Hotel, Ariva və digərlərinin rəhbərləri və əməkdaşları iştirak etmişdirlər. Bunlarla yanaşı, tədbirdə Bakı Dövlət Universitetinin Turizm və hotelçilik ixtisası üzrə təhsil alan tələbələri də iştirak etmişdirlər.
JW Marriott Absheron Hotelin baş meneceri cənab Guy Godet Marriott brendinin ümumi konsepsiyası, standartları və bir sıra üstünlüklərindən danışmışdır. Sonra hotelin Revenue Director (Gəlirlər üzrə Direktor) vəzifəsində çalışan Bahar Dadaşova-Qəniyeva Marriott brendinin tarixi, yaradıcıları, coğrafiyası, Marriott brendinə daxil olan Ritz Carlton, BVLGARİ, Courtyard, Springhill Suites, Residence İnn və digər şəbəkələrdən bəhs etmişdir. Sonda hotel üzrə tur keçirilərək, təklif edilən xidmətlər və hotelin digər imkanları nümayiş edilmişdir.
Aparılan diskussiyalar zamanı iştirakçılar bir sıra maraqlı mövzulara toxunmuş və müxtəlif suallarla müraciətlər etmişdirlər. O cümlədən, Glitch sisteminin tətbiqi, hotelçilik fənni üzrə kitabların çatışmazlığı, tələbələrin praktiki məşğələlərinin təşkili, hotelçilik üzrə tədris aparan müəllimlərin peşəkarlar sırasından cəlb edilməsi, Marroitt tərəfindən keçirilən treninqlərdə iştirak etmə imkanları və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
İştirakçılarla Assosiasiya arasında aparılan müzakirələrdə Assosiasiyanın üzvlüyünə qəbul edilmə şərtləri və üzvlərin əldə etdikləri imkanlar barəsində fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, ictimai təşkilatların yaşaması və inkişaf etməsi üçün bir sıra maliyyə mənbələri mövcuddur, o cümlədən dövlətin aidiyyəti qurumları və müxtəlif donor təşkilatlardan layihələrin həyata keçirilməsi məqsədilə alınan qrantlar, ianələr, yardımlar və eyni zamanda üzvlük haqqları. Hotelçilər qeyd etmişdirlər ki, Azərbaycanda hotelçilik və restoran biznesini dəstəkləyən və bu sahənin inkişafına xidmət edən yeganə təşkilat DAİR Hotellər və Restoranlar Assosiasiyasıdır və bu təşkilata dövlət qurumlarının və qonaqpərvərlik sənayesinin özəl şirkətlərinin diqqəti və marağı artmaqdadır. Bu zəmində bir sıra hotellər Assosiasiyanın sıralarına birləşmək arzusunu səsləndirmişdirlər.
Tədbir iştirakçıları Assosiasiyanın adından Azərbaycan Respublikası Vergilər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər dövlət qurumlarına müraciət edərək görüşlər keçirməyi təklif etmişdirlər.
Assosiasiyanın rəhbərliyi ümid edir ki, ölkənin hotelçilik və restoran biznesının inkişafı yolunda dövlət qurumları, ictimai təşkilatlar və özəl sektor daha sıx əməkdaşlıq edəcək, bu sahədə çalışan hər bir kəs fəallıq nümayiş edərək, sənayenin inkişafına öz töhfəsini gətirəcəkdir.
Tədbirin partnyoru qismində Print Art Document Centre, Nova Net, Qarant Sığorta, Luxury Candles şirkətləri və Baku Hotels & Restaurants Guide bələdçisi iştirak etmişdirlər. Nova Net şirkəti tərəfindən İnOtel Hotel Management System proqram təminatının prezentasiyası keçirilmış, hotellərin idarəedilməsinin avtomatlaşdırılması imkanları və proqram təminatının funksionalı haqqında ətraflı məlumat verilmişdir. Qeyd etmək istərdik ki, İnOtel yeganə və ilk milli proqram təminatı olaraq hotellər üçün avtomatlaşdırma xidmətləri təklif edir.
DAİR Otellər və Resthoranlar Assosiasiyası, göstərilən köməyə və layihədə aktiv iştiraklarına görə, cənab Guy Godet və Marriott Absheron Baku Hotelin bütün kollektivinə dərin təşəkkürünü bildirir.
Qeyd etmək istərdik ki, hazırkı layihə dünya şöhrətli brend hotellərin və restoranların rəhbər əməkdaşları, orta və kiçik hotellərin və ictimai iaşə müəsissələrinin rəhbərləri, o cümlədən digər təcrübəli peşəkarlar arasında təcrübə və fikir mübadiləsi aparmaq məqsədilə hazırlanmışdır. Layihənin rəhbəri Aysel İmranı və Assosiasiyanın İcraçı Direktoru Əhməd Pənayevin sözlərinə görə, bu tədbirlər cari ilin sonunadak davam edəcək və digər şəbəkə otellərin nümayəndələri və qonaqpərvərlik sənayesinin peşəkarları tərəfindən Master Klasların və təqdimatların keçirilməsini nəzərdə tutur. Tədbirlərin təqvimi və digər detalları Assosiasiyanın rəsmi internet səhifəsi (www.dair.az) və sosial şəbəkələr (https://www.facebook.com/hotelsandrestaurantsassociation); (http://www.linkedin.com/groups/DAIR-Hotels-Restaurants-Association) vasitəsilə yayılmaqdadırlar.
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır