Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sistemindən istifadə edən vətəndaşların sayı artmaqdadır.
Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan Trend-ə verilən məlumata görə, sistemin tətbiq olunduğu 3 ay ərzində fond tərəfindən 558 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin olunub.
Oktyabrın 11-nə olan statistikaya əsasən, təyinat aparılan şəxslərin 184 nəfəri Bakı şəhərində, 374 nəfəri isə bölgələrdə yaşayan vətəndaşlar olub.
Qeyd edək ki, yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına 11 iyul 2013-cü il tarixdən etibarən başlanılıb. Bu sistem Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir.
Sistemin üstünlüyü ondan ibarətdir ki, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən "190-0 Cağrı Mərkəzi" nə zəng vuraraq real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilir.
Əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır.
Azərbaycanda avtomatlaşdırılmış pensiya təyinatı Prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli Sərəncamı ilə təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq həyata keçirilir.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Avtomatlaşdırılmış qaydada pensiya təyin olunanların sayı məlum oldu
14 Oktyabr 2013 11:53
Baxış: 563

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Səyahət etməyə necə başlayaq?
-
Bu bürclərin karyerası inanılmaz dərəcədə DƏYİŞƏCƏK
-
Bu vərdişlər səssizcə beyninizə zərər verir
-
Dubay şokoladının tərkibində elə gizli maddə var ki...
-
Azərbaycanlı müğənnidən açıq-saçıq FOTOlar
-
Faydasını bilən yaşıl soğanın qoxusunu unudar
-
Gənc oğlanın başına torba keçirdi - QINANDI - VİDEO - FOTO
-
Az büdcə ilə necə bahalı görünmək olar?
-
Bu içkini rasiondan əskik etməyin: min dərdə dəva - dirilik suyu
-
“Uzak Şehir”də növbəti ayrılıq - FOTO
-
Günün qoroskopu: heç nə səni sarsıda bilməz
-
Türkiyədəki dəhşətli avtobus qəzasının ANBAAN görüntüsü
-
Tanınmış kriminal avtoritet saxlanıldı
-
Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşıb - VİDEO
-
Ağır qəzada ölən iki qardaşın FOTOsu
-
Şahbaz Şərif: Biz bu qarşıdurmada qalib gəldik
-
Gəncədə ağır qəza - ölən var
-
"Oğluma müğənni qız alaram"
-
Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
-
“Rusiya bu təklifi nəzərdən keçirəcək” - Peskov
-
“Turan Tovuz” “Neftçi”yə məğlub oldu
-
Stiven Hokinqinin Yer Kürəsi ilə bağlı qorxulu proqnozu açıqlandı
-
Rəşad Sadıqov: "Onlar Azərbaycan futbolunun düşmənləridir"
-
Şəkidə ağır qəza - Xəsarət alanlar var - yenilənib - FOTO