"Şahdəniz-2" layihəsi çərçivəsində Azərbaycan qazının alışına dair müqavilələr imzalandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium sentyabrın 19-da Avropada Azərbaycan qazının alıcıları ilə müqavilələr imzalayıb.
Trend-in məlumatına görə, qazın alışı üzrə bu gün imzalanan uzunmüddətli müqavilələr 25 ilə hesablanıb.
"Şahdəniz" yatağının ("Şahdəniz-2" layihəsi) işlənməsinin ikinci mərhələsində qazın alışına dair müqavilələr Bakıda Shell, Bulgar gas, Gas Natural Fenosa, E.ON, Gaz de France, DEPA, Hera, Enel və Aspo şirkətləri ilə imzalanıb.
"Şahdəniz-2" layihəsi çərçivəsində hasil ediləcək qaz iyunun sonunda Azərbaycan qazının Avropa bazarlarına nəqli marşrutu qismində seçilmiş "Trans-Adriatik" boru kəməri (TAP) layihəsi üçün əsas mənbədir.
TAP layihəsi qazın Xəzər regionundan Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, sonra Qərbi Avropaya nəql edilməsinə hesablanıb.
TAP boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr qaz təşkil edəcək.
Hazırda TAP-da pay bölgüsü aşağıdakı kimidir: BP (20 faiz), ARDNŞ (20 faiz), "Statoil" (20 faiz), "Fluxys" (16 faiz), "Total" (10 faiz), E.ON (9 faiz) və "Axpo" (5 faiz).
TAP-ın tikintisinə 2015-ci ildə başlanılması gözlənilir.
"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.
"Şahdəniz-2" layihəsi çərçivəsində ilk qazın əldə edilməsi 2018-ci ildə gözlənilir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

























DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır





