İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Rusiya neft sahəsində imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər
14 Avqust 2013 11:01
Baxış: 1 543
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan və Rusiya "Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında imzalanan əməkdaşlıq haqqında Sazişi yüksək qiymətləndiriblər.
Trend-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, imzalanan Sazişi dəyərləndirərkən "Rosneft" prezidenti İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev bu sənədi Rusiya və Azərbaycan arasında enerji sahəsində dövlətlərarası əməkdaşlığın tammiqyaslı genişləndirilməsi sahəsində yeni və ciddi addım kimi qiymətləndiriblər.
Onlar bəyan ediblər ki, Saziş iki şirkətə fəaliyyət coğrafiyalarını genişləndirmək, yeni bazarlara çıxış əldə etmək, resurslar qazanmaq, eləcə də mövcud infrastrukturdan birgə istifadə etmək hesabına neft və neft məhsullarının tədarükünü optimallaşdırmaq imkanı yaradacaqdır.
Qeyd edək ki, avqustun 13-də "Rosneft" Milli Şirkəti ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) əməkdaşlıq haqqında Saziş imzalamışlar. Sənədi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Rosneft"in prezidenti, İdarə Heyətinin sədri İqor Seçin və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar.
Tərəflər neftin və qazın müxtəlif ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda kəşfiyyatı və hasilatı sahəsində həyata keçirilən layihələrdə və marketinq, neft və neft məhsullarının satışı sahəsində birgə əməliyyatlarda əməkdaşlıq etmək haqqında razılığa gəlmişlər. Bu məqsədlə tərəflər paritet əsaslarla birgə müəssisə yaradacaqlar. Bundan başqa "Rosneft" və SOCAR arasında bir sıra infrastruktur obyektləri, o cümlədən boru kəmərləri və terminallardan birgə istifadə etmək haqqında razılıq əldə olunmuşdur.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama