Amerika ilə Azərbaycan arasında qarşılıqlı hörmət və anlaşma mühitinin formalaşmasına xidmət edən Azərbaycan-Amerika Alyansı dəfələrlə bu və ya digər şəkildə ölkə dəyərlərinin, iqtisadi, siyasi, mədəni nailiyyətlərin okeanın o tayında tanıdılması istiqamətində böyük layihələr həyata keçirib. İstər musiqili-bədii gecə, geniş Xocalı tanıtım kampaniyası, 10 May Gül Bayramı, istərsə də Forbes.com saytının Azərbaycan haqqında hazırladığı silsilə materiallar - hər layihə ilə Alyans missiya və əqidəsində möhkəm olduğunu isbat edir.
Azərbaycan-Amerika Alyansının təsisçisi Anar Məmmədovun təşəbbüsü ilə reallaşan layihələr daha geniş miqyas alaraq Amerika mətbuatını və ictimaiyyətini hər dəfə bir az daha artıq Azərbaycanla tanış etməyə istiqamətlənir. Alyansın fəxri prezidenti, keçmiş konqresmen, Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin və Avropa, Avrasiya və fövləqadə hallar altkomitəsinin sədri Den Börtonun bu günlərdə The Washington Times qəzetində dərc etdiyi böyük məqalə ölkə ilə tanışlıqdan əlavə, onun regionun bir sıra taleyüklü məsələlərində ABŞ-la mümkün tərəfdaşlığından bəhs edir. Qeyd edək ki, The Washington Post qəzetindən sonra Vaşinqtonun ikinci ən nüfuzlu qəzeti hesab olunan The Washington Times Konqress, Ağ Ev, Dövlət Departamenti və digər qurumlar tərəfindən diqətlə izlənilir. Sözügedən məqalə olduğu kimi Sizin diqqətinizə çatdırılır:
The Washington Times
26 iyun, 20130-cü il
"Börton: Qafqazdakı ən sadiq dostumuzu itirmək təhlükəsi var"
Obamanın Azərbaycana qarşı biganəliyi ağlasığmazdır
İyunun 21-i öz köşəsində Prezident Obamanın Berlindəki çıxışını təhlil edən Corc Uill onu reallıqdan qətiyyən xəbəri olmayan birisi kimi təqdim etdi. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsindəki 30 illik təcrübəmə əsaslanıb cənab Uillə razılaşaraq söyləyə bilərəm ki, president xüsusilə xarici əlaqələr məsələsində reallıqdan həqiqətən çox uzaqdır.
Zaman-zaman bu administrasiya Misir, Liviya, Şimali Koreya (get-gedə daha xaotikləşən və hərbiləşən) və İrandakı hadisələrin yaranmasına səbəb olmuş və indiki ürəkağrıdan mənzərənin təşəbbüskarına çevrilmişdir. Hal-hazırda isə Suriyadakı mümkün fəlakət administrasiyanın işini büdrədir. Onların Qafqaz, xüsusilə də Azərbaycanla açıq-aşkar əlaqələrinin kəsilməsi Amerika maraqları üçün həyati əhəmiyyət kəsb edən regionun destabilizasiyası təhlükəsi yaradır.
Bilavasitə Rusiya və İranla sərhədləşən yeganə ölkə olan Azərbaycan Moskvanın neo-imperialist ambisiyaları və İranın teokratik təbliğatı arasında sıxışdırılır. Həsən Ruhaninin prezident kürsüsünə əyləşməsinə baxmayaraq Tehrandakı fundamental rejimin səciyyəsi dəyişməyib. Xoşbəxtlikdən, indiyə qədər Azərbaycan təzyiqlərə sinə gərib və Qərbə üz tutub. Faktiki olaraq, Azərbaycan Birləşmiş Ştatlar üçün hərtərəfli sınanmış və dəyərli tərəfdaşdır. Terrorla mübarizə və kütləvi qırğın silahlarının yayılmaması, Əfqanıstanda sabitləşdirici qüvvə kimi göstərdiyi xidmətlər - Azərbaycan Amerikanın ən yaxşı dostlarındandır.
Çox az sayda müsəlman ölkəsi İsraillə Azərbaycan kimi yaxın və dostluq münasibətlər qurduğu ilə öyünə bilər. Məsələn, keçən il Azərbaycanın İsraillə ikitərəfli ticarət əlaqələrinin həcmi 4 milyarda çatıb ki, bu da ABŞ-la Azərbaycanın ikitərəfli ticarət həcmindən 2 dəfə çoxdur. Bununla yanaşı, İsrail neftinin 40%-i Azərbaycandan idxal olunur. Bu yaxınlarda Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovun İsrailə səfəri prezidenti Şimon Peres tərəfindən "tarixi səfər" kimi qeyd olunub. Elmar Məmmədyarov həmçinin Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edən yeganə müsəlman xarici işlər naziri olub.
Azərbaycan həm də qlobal enerji-təhlükəsizliyi zəncirinin mühüm bağlarındandır. 1.099 millik Bakı-Tbilisi-Ceyhan neft kəməri dünya bazarına hər gün 1 milyon barrel neft ixrac edir. Tezliklə 60 milyarddan 120 milyard kub metrə qədər Xəzər və Mərkəzi Asiya təbii qazının Cənub Qaz dəhlizi layihəsi vasitəsilə Avropaya ötürüləcəyi proqnozlaşdırılır ki, bu da Moskvanın Avropanın enerji təminatındakı polad mövqeyini zəiflədir. 2013-cü ildə Bakıda, Xəzər Neft və Qaz sərgisində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin də qeyd etdiyi kimi, Azərbaycan "dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir".
Mən bir çox dünya ölkələrinə səyahət etmişəm və bilirəm ki, Azərbaycan nöqsansız deyil. Azərbaycan hökuməti insan hüquqlarına dair yazı və hesabatlarda dəfələrlə tənqid edilmişdir. Lakin Azərbaycanın digər sabiq Sovet respublikaları kimi demokratiya sahəsində çox az və cüzi təcrübəyə malik olmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu ölkə barəsində mövcud insan hüquqlarına dair yazı və hesabatlar digər keçmiş sovet ölkələri ilə müqayisədə daha yaxşıdır. Əslində Azərbaycanın dini tolerantlığı, dözümü və qadın hüquqlarının müdafiə edilməsi təqdirəlayiqdir və qiymətləndirilməlidir. Dövlət katibi Con F. Kerrinin bəyanatına əsasən, həqiqətən də Azərbaycan "müxtəlif dinlərin, müxtəlif təriqət və məzhəblərin bir yerdə dinc şəkildə mövcudluğunun mümkün olduğu ölkədir". Bakı demokratik proses və prosedurlar üzərində fəaliyyətin davam etdirilməsinə ehtiyac olduğunu dərk edir, lakin bu sahədə müəyyən irəliləyiş vardır. Əgər Obama administrasiyası Azərbaycan ilə münasibətdə insan hüquqlarına önəm verirsə, bəs nə üçün o zaman Myanmarda mövcud rejimi - genosiddə günahlandırılan rejimi, usaqları əsgər kimi istifadə edən, zorakılığın daimi hal aldığı rejimi, uşaq əməyini istifadə edən, insan alveri ilə məşğul olan rejimi və ümumi siyasətdə zorakılıq və boyunduruğa əsaslanan rejimi dəstəkləyir, dostluq və yardım əlini uzadır?
Mən ABŞ Konqresində Cənab Kerri ilə birlikdə xidmət göstərmişəm. Biz siyasi spektrin bir-birinə əks və zidd olan tərəflərdə olduğumuz müddətdə və çox nadir hallarda onunla razılaşdığım aspektlərdə belə onun xarici siyasət haqqında biliyinə, fikirlərinə və fəhminə hörmətlə yanaşıram. O, Azərbaycanın ABŞ strateji partnyoru kimi xüsusi və fövqəladə rolunu və əhəmiyyətini aydın dərk edir - burada, əlbəttə, Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq arenalarda əsrlərdən bəri dinc yaşamaq ənənəsi mühüm rol oynayır. Mən ürəkdən ümid edirəm ki, Cənab Kerri Ağ Evə toplaşan nüfuzlu elm adamlarını - dünyanı özlərinin görmək istədikləri kimi görmək arzusunda olan və dünyanı həqiqi və real olaraq görməyən professorları inandıra biləcək - çünki bu olduqca önəmlidir və ABŞ Azərbaycanda fəaliyyətini gücləndirməklə Qafqazda olan nüfuzunun və təsir dairəsinin dəyişməsinə nail ola bilər. Məntiqi və tədbirli yol isə Dağlıq Qarabağ münaqişəsini çözmək üçün yüksək səviyyəli vasitəçiləri - danışıqlarda iştirak edəcək şəxsləri təyin etməkdir və Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsidir. Münaqişənin sona çatması həm Azərbaycan və həm də Ermənistan üçün əlverişli olar. Rusiya və İranın regionda möhkəmlək üçün istifadə etdiyi alətlərin aradan qaldırılmasına şərait yaradar.
Dünyada, xüsusi ilə Müsəlman dünyasında Azərbaycan kimi çox az yer tapılar ki, amerikanlar tərəfindən səmimiyyətlə qarşılansın. Əgər biz bu möhkəm dostluğu qırsaq, ona imkan verməsək, biz onları itirəcəyik və bunun nəticələri isə Amerika üçün fəlakətli olacaq.
http://www.washingtontimes.com/news/2013/jun/26/the-peril-of-stiffing-a-rare-friend-in-the-caucasu/#ixzz2XJpYPEsW
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
The Washington Times qəzetində Azərbaycan haqqında məqalə dərc olundu
27 İyun 2013 14:44
Baxış: 1 675
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Dövlət hesabına verilən ipoteka kreditlərinin məbləği açıqlandı
-
Xaricdə satılan Azərbaycan məhsulu marketlərdən yığışdırıldı - FOTO
-
Oğuzda küçələri hər il üç qardaşın şərik şirkəti yarım milyona təmir edir
-
Yumurta BAHALAŞDI
-
Avro ucuzlaşdı, rubl bahalaşdı - RƏSMİ
-
Azərbaycan və Türkiyə pərakəndə sektoru arasında əməkdaşlıq protokolu imzalandı - FOTO
XƏBƏR LENTİ
-
Kartof qızartması yemək qalıcı fəsadlara yol açır - Diqqət
-
Bu siqnallar infarkt əlamətidir: Həkimə gedin!
-
İnternetdən yemək sifariş etməyin - SƏBƏB
-
İki vitaminin istifadəsində diqqət - Ekspertlər xəbərdarlıq edir
-
Namiqdən Vüqara cavab: “Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, əsl aktyordurlar”
-
İki azyaşlı uşaq anası "ölüm kağızı"na görə sosial müavinət ala bilmir - VİDEO
-
Bu müddətdə insanlar daha tez qocalır – iki əsas yaş dövrü
-
İslamiada: Güləşçilərimiz daha 3 medal qazandı - YENİLƏNİB - FOTO
-
Yeni ilə qədər serialdan ayrılacaq - FOTO
-
"Qarabağ"ı tərk etməyə qərar verdi
-
Çindən gətirilən avtomobillərin daşıma xərcləri 100 faizə qədər bahalaşdı - VİDEO
-
Toy, yas, sosial media... - Rəqsanənin hər addımı izlənəcək
-
Onlar mənim üçün müəllim deyil - nazir
-
COP30-un keçirildiyi ərazidə yanğın baş verib - FOTO
-
Gitarası oğurlanan şəhid Fəxri - “Ana, əsgər gedirəm” - VİDEO
-
“2030-cu ilə qədər 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq”
-
Kömür kimi qara yumurtalar qızıldan da dəyərlidir: 195 manata satılır - FOTO
-
Günün qoroskopu: Maliyyə baxımından müsbət inkişaf var
-
Radiatorun üzərinə qoyun – rahatlıq və hüzuru həmin an hiss edin
-
"Sinəmdəki silikonu çıxartdıracağam"
-
Üç il ərzində 8 minə yaxın müəllim işdən çıxarılıb - RƏSMİ
-
210 manat maaş alan müəllimlərin sayı açıqlandı
-
Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə
-
Rusiya Xarkovun bir hissəsini nəzarətə götürdü





