İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nabucco" ilə TANAP arasında anlaşma memorandumu imzalandı
4 Mart 2013 16:13
Baxış: 1 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün "Nabucco Gas Pipeline International GmbH" Transanadolu boru kəməri (TANAP) ilə (TANAP Doalgaz Iletim A.S.) anlaşma və əməkdaşlıq memorandumu imzalayıb. Trend-in məlumatına görə, bu memorandumla hər iki tərəf "Cənub qaz dəhlizi"nin inkişafı üçün əməkdaşlığa razı olduqlarını rəsmi surətdə bəyan edirlər.
Memorandumda deyilir ki, "Nabucco" və TANAP texniki və digər strateji məlumat mübadiləsi edəcək və "onların müvafiq layihələrinin inkişafını dəstəkləyəcək şəkildə əməkdaşlıq edəcəklər".
Sənəddə, həmçinin qeyd edilir ki, Avropa İttifaqı və Cənub Şərqi Avropa regionlarının qazla etibarlı təchizatının və diversifikasiyasının təkmilləşdirilməsi üçün təbii qazın təchizat marşrutlarının gələcəkdə diversifikasiya edilməsinə ehtiyac var.
"Nabucco Gas Pipeline International GmbH"-nin icraçı direktoru Reynhard Mitçek qeyd edib: "Bu memorandum "Cənub qaz dəhlizi"nin iki ayrılmaz hissəsinin əlaqəsindən bəhs etməklə, Avropaya qaz təchizatının diversifikasiyası uğrunda birgə məqsədimizə daha bir addım yaxınlaşdırır. Memorandum hər iki layihənin uğurla davam etməsi məqsədilə həyat əhəmiyyətli məlumatın və işlərin bölüşdürülməsi üçün qarşılıqlı çərçivə yaradır".
"Nabucco Gas Pipeline International GmbH"-nin maliyyə işləri üzrə baş direktoru Frank Sibert əlavə edib: "Bu memorandumu müsbət qarşılayırıq. Növbəti aylarda "Şahdəniz" qazı ilə Avropa istehlakçıları arasında mövcud olan qiymətlər zəncirinin bütün tərkib hissələri bütün pay sahiblərinin maksimum kommersiya qazancını əldə etməsi məqsədilə layihə proqramlarını bir xətt üzrə düzmək üçün birlikdə çalışacaqlar. Bu anlaşma memorandumu bu prosesdə əhəmiyyətli addımdır".
"Nabucco" boru kəmərinin Xəzər dənizi regionunun qaz ehtiyatlarının Turkiyə-Bolqarıstan sərhəddindən başlayaraq Bolqarıstan, Rumıniya və Macarıstandan keçərək Baumqartendə yerləşən Mərkəzi Avropa Qaz Mərkəzinə götürəcəyi planlaşdırılır. "Cənub qaz dəhlizi"nin mərkəzi elementi kimi "Nabucco" inkişaf etməkdə olan Cənub Şərqi Avropa iqtisadiyyatının 500 milyondan çox istehlakçısına, oradan isə Qərbi Avropaya qaz təchizatının diversifikasiya edilməsi üçün mükəmməl coğrafi mövqeyə malikdir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama