İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İslam İnkişaf Bankının Bakıdakı toplantısı başa çatdı
24 İyun 2010 15:52
Baxış: 1 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrlik etdiyi iclasın ikinci günündə İİB-in Pakistan, Mozambik, Tacikistan, Qırğızıstan, Qətər, Banqladeş, Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Türkiyə, Mərakeş, İran, İndoneziya, Malayziya, Qvineya, Nigeriya və digər ölkələrdən olan müdirləri tədbirə ev sahibliyi edən Azərbaycana, onun xalqına və dövlətimizin başçısına qonaqpərvərliyə, bankla həmrəyliyə görə minnətdarlıqlarını bildirib, doktor Əhməd Məhəmməd Əliyə İİB Qrupunun prezidenti vəzifəsində bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Şura üzvləri İİB-in 35-ci illik hesabatını nəzərdən keçirmiş, təkliflərini vermişlər.
Sonra Şura üzvləri 2009-2010-cu maliyyə ili üçün İİB-in, Vəqf Fondunun, İİB-in Vahid İnvestisiya Fondunun, Avqaf Əmlak İnvestisiya Fondunun, Dünya Vəqf Fondunun audit edilmiş hesablarını təsdiq edib, 2009-2010-cu maliyyə ilinə olan İİB mənfəət və zərər hesabı üzrə balansın ümumi ehtiyata köçürülməsinə razılıq veriblər.
İclasın gündəliyində olan İİB-in İcraçı Direktorlar Şurasının tərkibi və İİB-in maliyyə resursları baxımından üzv ölkələrin hüquqları, Nigeriya Federativ Respublikasının İİB-in kapitalında öz payının 8,6 faizə qədər artırmaq, 2010-cu maliyyə ili üçün texniki yardım qrant əməliyyatlarına İİB-in xalis gəlirindən 5 faiz (5 mln. ABŞ dollarından az olmamaq şərtilə) vəsaitin köçürülməsi, İİB-in 2010-cu maliyyə ilinə gözlənilən xalis gəlirindən 2 faiz (2 mln. ABŞ dollarından az olmamaq şərtilə) məbləğində vəsaitin Təqaüd Proqramına ayrılması, 2010-2011-ci illər üçün Müdirlər Şurasının sədri və onun iki müavininin seçilməsi, 36-cı illik toplantı üçün Prosedurlar Komitəsinin təyin olunması ilə bağlı təkliflər təsdiq edilmiş və müvafiq qətnamələr qəbul olunub.
Müdirlər Şurasına sədr və müavinlərin seçilməsi ilə əlaqədar qeyd edilmişdir ki, təcrübəyə uyğun olaraq, Şura növbəti ildə İllik Toplantıya ev sahibliyi edəcək ölkənin müdirini qurumun sədri seçir. İllik Toplantı Bankın baş qərargahının yerləşdiyi Ciddə şəhərində keçirildikdə sədrin seçilməsi ərəb əlifbasına uyğun ardıcıllıqla seçilir. Növbəti iclas üçün Müdirlər Şurasının sədri Yəməndən olan müdir seçilib. Qvineya Bisau Respublikası və Fələstindən olan müdirlər sədrin müavinləri seçiliblər.
İİB-in 36-cı İllik Toplantısı üçün Prosedurlar Komitəsi təyin olunub. Xatırladılıb ki, Prosedurlar Komitəsinin tərkibi növbəti ildə keçiriləcək Müdirlər Şurasının iclasının sədri və iki müavinindən, cari ildə keçirilən İllik Toplantının sədri və iki müavinindən, İllik Toplantının növbəti ildən sonrakı ildə keçiriləcək ölkənin müdirindən ibarət olmalıdır. Beləliklə, Azərbaycan, Yəmən, Qvineya Bisau, Fələstin, Oman, Qvineya və Sudandan olan müdirlər Prosedurlar Komitəsinin tərkibinə seçiliblər.
Qərara alınıb ki, Müdirlər Şurasının 36-cı İllik Toplantısı 2011-ci il mayın 31-dən iyunun 1-dək Sənada (Yəmən Respublikası) keçirilsin. Qurumun 39-cu İllik Toplantısının Tacikistanda keçirilməsi ilə bağlı bu ölkənin təklifi də qəbul edilib.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?
-
DİM-dən abituriyentlərə xəbərdarlıq
-
Azərbaycanlı hüquqşünas ABŞ-də hüquq elmləri doktoru dərəcəsi aldı
-
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn ediləcək - (Foto)
-
Xəzər sahillərində 1500 illik qızıl ayaqqabılar tapıldı - (Foto)
-
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib (Foto)
-
Dünyanı rekord istilər gözləyir - 150 ilin ən güclü istisinə az qalıb
-
Zümrüddən vəfat edən atası ilə bağlı paylaşım: "Çox şey yarımçıq qalıb" - (Foto)
-
Versalın altmış günü: vaxtı tamam olan kimi ölən razılaşma
-
Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - (Video)
-
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı
-
Qonaq gedən 4 yaşlı uşaq faciəvi şəkildə öldü
-
İspaniyada ard-arda 3 zəlzələ oldu
-
Baş həkim işdən çıxarıldı
-
Ebru Gündeş 200 min dollarlıq əməliyyatdan sonra - (Video)
-
Azərbaycanda avro bahalaşdı
-
Bloqer “By Ella” həbs olundu