İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BP "Azəri-Çıraq-Günəşli"də hasilat məsələlərini həll etmək üçün ARDNŞ ilə çalışır
11 Oktyabr 2012 11:03
Baxış: 1 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
BP şirkəti Azərbaycana sadiqdir və "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat məsələlərini mümkün qədər qısa müddətdə həll etmək üçün ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) ilə işləyir. Bu barədə cümə axşamı Trend-ə "BP Azerbaijan" şirkətinin mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərkən bildirmişdi ki, konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb.
"Kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra "Azəri", "Çıraq" neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır. Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə "Azəri", "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp "Azəri", "Çıraq" yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcək", - dövlət başçısı deyib.
Prezident bildirib ki, bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq, görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Azəri", "Çıraq" neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulub. Bu günə qədər konsorsium 73 milyard gəlir götürüb.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilatın pay bölgüsü barədə saziş 1994-cü ildə imzalanıb. Layihənin iştirakçıları aşağıdakılardır: BP (operator - 35,78 faiz iştirak payı), "Chevron" (11,27 faiz), AzACG (11,65 faiz), INPEX (10,96 faiz), "Statoil" (8,56 faiz), "Exxon" (8 faiz), TPAO (6,75 faiz), "Itochu" (4,3 faiz), "Hess" (2,72 faiz)
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır