İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ şirkəti Azəri-Çıraq-Günəşli neft yatağında və BTC neft kəmərində olan payını satıb
9 Sentyabr 2012 08:19
Baxış: 1 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-ın Hess şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda Azəri-Çıraq-Günəşli (AÇQ) neft yatağındakı (2.72 %) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində olan 2.36 faizlik payını Hindistanın ONGC şirkətinə satıb.
Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, razılaşmanın həcmi 1 milyard dollar qiymətləndirilir. Şirkət razılaşmanı 2013-cü ilin ilk rübünün sonuna qədər bitirməyi planlaşdırır.
"Bizim AÇQ-də olan payımızın satışa çıxarılması şirkətin kiçik faizli aktivlərindən məhrumiyyəti ilə uyğundur", - Hess korporasiyasının kəşfiyyat və hasilat şöbəsinin prezidenti Qreq Hill söyləyib.
2012-ci ildə AÇQ-də əməliyyat xərcləri 708 milyon dollar, əsaslı xərclər isə 2,516 milyard dollar həcmində proqnozlaşdırılır.
BP tərəfindən işlədilən Azəri-Çıraq-Günəşli neft yataqları Bakıdan şərqdə təxmini 100 km uzaqlıqda yerləşir və 1997-ci ildən hasılata başlayıb.
Hess çirkətindən əlavə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 34,1%), "Chevron" (10,2%), ARDNŞ (10%), INPEX (10%), "StatoilHydro" (8,6%), "ExxonMobil" (8%), TRAO (6,8%), "Devon" (5,6%), ITOCHU (3,9%).
BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i isə Türkiyə ərazisində yerləşir. Boru kəmərinin tikintisinə 2003-cü ilin aprel ayında, onun neftlə doldurulmasına isə 2005-ci il mayın 18-də başlanıb.
Boru kəmərinin gücü sutkada 1,2 milyon barel neft təşkil edir.
"BTC Co"nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); "Chevron" (8,90 faiz); "Statoil" (8,71 faiz); ТРАО (6,53 faiz); "Eni" (5 faiz ); "Total" (5 faiz); "Itochu" (3,40 faiz ); "Inpex" (2,50 faiz); "ConocoPhillips" (2,50 faiz) və "Amerada Hess" (2,36 faiz).
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama