Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etmiş 16 KOB subyektinin müraciətinə baxılıb. Onlardan 10-na müvafiq sənədin verilməsi barədə Ekspertlər Şurasının rəyinə əsasən qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 174-ə çatıb.
"Startap" şəhadətnamələri "Seaya" MMC-nin fərdi evlərin və otellərin rezervasiyası və idarə edilməsi üzrə onlayn platforması, "Eurasia Group" MMC-nin kardio monitorinq və diaqnostika üçün rəqəmsal platforması, "Qbit Technologies" MMC-nin əmlak alqı-satqı və xidmət platforması, "Printfable" MMC-nin fərdi dizaynların onlayn hazırlanması və sifarişi üçün platforması, "Eventa" MMC-nin kütləvi tədbir təşkilatçıları üçün idarəetmə və bilet satışı üçün onlayn platforması, "Billing Pro" MMC-nin borcların hesablanması və yığımı üçün onlayn platforması, "Avtomend" MMC-nin avtomobil parklarının idarə edilməsi üçün onlayn platforması, "Metanoia" MMC-nin dini maarifləndirmə, halal məhsulların satışı üçün onlayn platforma və mobil tətbiq, fərdi sahibkarlar Orxan Məmmədovun anbar idarəetmə, ticarət və mühasibat uçotu üçün mobil tətbiq, Novruz Novruzovun nəqliyyat vasitələrinin icarəsi və ortaq istifadəsi (carsharing) üçün onlayn platforması layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat





