İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARDNŞ Avropada fəaliyyətini genişləndirir
25 İyun 2012 13:38
Baxış: 1 724
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkədə karbohidrogenlərin əsas istehsalçısı olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) beynəlxalq bazarlarda öz mövqelərini fəal şəkildə möhkəmləndirir.
Bu gün dünyada ən iri neft-qaz şirkətləri sırasında olan ARDNŞ təkcə regionda deyil, həm də dünyanın başqa hissələrində, o cümlədən Avropada öz fəaliyyət sahələrinin genişləndirilməsində köklü irəliləyişə nail olub.
Bu gün ARDNŞ Azərbaycanda, Gürcüstanda və Ukraynada yanacaqdoldurma məntəqələrinə malikdir. Şirkət həmçinin Rumıniyada 14 YDM-ə malikdir, eləcə də "ExxonMobil" şirkəti ilə onun "Esso Schweiz" İsveçrə filialının alınması barədə saziş imzalayıb ki, bununla da yeni bazarların əldə edilməsi yolunda ciddi addım atıb. "Esso Schweiz"i almaqla ARDNŞ 170 yanacaqdoldurma stansiyasının daxil olduğu pərakəndə satış şəbəkəsini, şirkətin sənaye və topdansatış üçün yanacağın satışı ilə məşğul olan bölməsini, qazdoldurma zavodu, yanacaqdoldurma məntəqələri və Cenevrə və Sürix aeroportlarında təyyarələrin yanacaqla təmin edilməsi ilə məşğul olan birgə müəssisə (BM), terminallar və boru kəmərlərini idarə edən BM-yə nəzarət edən təminat və paylanma üzrə İsveçrə şirkətini əldə edib.
ARDNŞ hesab edir ki, İsveçrə və Rumıniya bazarlarına çıxış ona Avropanın təcrübəsini öyrənməyə, eləcə də Avstriyada, Macarıstanda və Balkan ölkələrində bazarların genişləndirilməsinə imkan verəcək.
Azərbaycan, Gürcüstan, Ukrayna və Rumıniyadakı bütün YDM şəbəkəsi, eləcə də İsveçrədəki yeni biznes şirkətin fəaliyyətinin genişləndirilməsi prosesində "yalnız başlanğıcdır". Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin vitse-prezidentinin müavini Vitali Bəylərbəyovun iyunun 19-da "Financial Times"da dərc olunmuş müsahibəsində deyilir.
"Dövlət Neft Şirkətinin strategiyası öz coğrafiyasını, ilk növbədə, regional səviyyədə, gələcəkdə isə Avropada və dünyanın müxtəlif hissələrində fəaliyyətinin inkişaf etdirilməsi yolu ilə genişləndirməkdən ibarətdir", - Bəylərbəyov deyib.
ARDNŞ Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində əsas tərəfdaşlardan biridir. Bu yatağın işlənməsinin ikinci mərhələsi ARDNŞ-nin cəlbedici Avropa bazarlarına çıxışı üçün daha bir imkandır. "Şahdəniz-2" layihəsi çərçivəsində Aİ-yə 10 milyard kubmetr qaz ixrac olunması planlaşdırılır ki, bu da hazırda "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün əsas həcmdir.
TANAP boru kəməri üzrə sazişlər paketinin imzalanması onun reallaşdırılmasında mühüm hadisə olacaq.
İxracın diversifikasiyası siyasəti çərçivəsində Aİ-nin enerji təhlükəsizliyinin artırılmasına yardım edəcək mühüm mənbə kimi Azərbaycan qazı göstərilir.
Bundan başqa, Bəylərbəyovun sözlərinə görə, "Şahdəniz-2" layihəsi qaz tədarükü üzrə svop sövdələşmələrin bağlanması üçün imkan yaradacaq ki, bu da öz növbəsində, ARDNŞ-yə Britaniya, Avropa və ya istənilən başqa bazara çıxmağa kömək edəcək.
"Biz Şimal dənizində qaz hasilatında böyük marağa malik olan şirkətlərlə - BP, Statoil, Total ilə əməkdaşlıq edirik. İdeya bizdə olacaq qazla onlarda olanı mübadilə etməkdən və bu üsulla da Böyük Britaniya bazarında oyunçu olmaqdan ibarətdir", - "Financial Times" Bəylərbəyovdan sitat gətirir.
Azərbaycan qazının Aİ ölkələrinə ixracı ölkənin dünya enerji bazarında rolunu əhəmiyyətli dərəcədə artıracaq. Ölkənin qaz potensialı isə uzunmüddətli perspektivdə onun etibarlı tədarükçü statusunu qoruyub saxlamağa imkan verəcək.
Bəylərbəyovun sözlərinə görə, "Şаhdəniz" yatağının işlənməsinin ikinci mərhələsi Azərbaycanın gələcək alıcılara qaz tədarük etmək niyyətində olduğu yeganə layihə deyil.
Azərbaycan öz qazının Avropa bazarlarına ixracının bir neçə variantını nəzərdən keçirir. Mümkün marşrutların siyahısı kifayət qədər genişdir: buraya ТАР (Transadriatik boru kəməri), Nabukko (yaxud Nabucco West) və SEEP (Cənub-Şərqi Avropa boru kəməri) layihələri daxildir. Qazın Mərkəzi Avropa istiqamətində nəqlinə yönəldilmiş layihələr arasında seçim yaxın günlərdə ediləcək. İxrac marşrutu üzrə yekun qərar 2013-cü ildə qəbul ediləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - (Video/Foto)
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır