KOBİA I yarımildə 375 min manat qrant ayırıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2024-cü ilin yanvar-iyun ayları ərzində 21 layihəyə 374488 manat həcmində qrant ayrılıb.
İndiyədək isə KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə layihələrinin maliyyələşdirilməsinə dəstək üçün 5 qrant müsabiqəsi təşkil edilib. Bu müsabiqələrə təqdim edilmiş layihələrdən 79-na 1426955 manat məbləğində qrant dəstəyi göstərilib.
Növbəti, 6-cı qrant müsabiqəsi 2024-cü ilin ikinci yarısında keçiriləcəkdir.
Qrant müsabiqələrinin keçirilməsi, layihələrin ekspertizası, maliyyələşdirilməsi, monitorinq və hesabatlılıq məsələləri Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq, həyata keçirilir. Qaydaya əsasən, müsabiqəyə təqdim olunan layihələr müxtəlif dövlət və özəl qurumları təmsil edən 7 nəfərdən ibarət Ekspert Komissiyası tərəfindən qiymətləndirilir. Layihələr müvafiq qayda ilə müəyyən edilmiş 14 meyara (layihənin mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər) uyğun olaraq, 1-5 ballıq sistem üzrə qiymətləndirilir və layihələrin ekspertizasının nəticələrinə dair yekun qərar sadə səs çoxluğu ilə təsdiq edilir. Ekspertizanın əsas məqsədi müsabiqəyə təqdim olunmuş layihələrin məzmununun və onların yerinə yetirilməsi imkanlarının qiymətləndirilməsindən və maliyyələşdirilməsinin məqsədəuyğunluğunun müəyyən edilməsindən ibarətdir. Ekspert Komissiyasının kollegial şəkildə qiymətləndirdiyi ən yüksək nəticə əldə etmiş layihələr müsabiqənin qalibi elan olunur və Agentlik tərəfindən həmin layihələrin maliyyələşdirilməsi barədə qərar qəbul edilir.
Layihələrin seçilməsi KOBİA tərəfindən şəffaflıq, bərabərlik, səmərəlilik və nəticəlilik meyarlarının üstünlüyü prinsiplərinə riayət olunmaqla həyata keçirilir. Müsabiqənin nəticələri, o cümlədən qalib gəlmiş KOB subyekti, onun layihəsi və ayrılmış qrant barədə məlumatlar Agentliyin saytında yerləşdirilir. Qrant müsabiqələrində qalib gəlməyən layihələr təkmilləşdirməklə növbəti müsabiqələrə təqdim oluna bilər. Həmçinin, layihə sənədlərinin hazırlanmasında Agentliyin KOB inkişaf mərkəzlərinin dəstəyindən də yararlanmaq mümkündür. Qrant ayrılmış bütün layihələrin Agentlik tərəfindən yaradılmış Monitorinq Qrupu tərəfindən icra gedişatı yoxlanır, monitorinq edilir.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
UEFA Avropa Liqası: İlk turun matçları
-
Qadın köhnə peçenye qutusunu açdı - İçindən 259 min manatlıq sərvət çıxdı
-
TDT-nin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı keçirilir - (Foto)
-
Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var - (Video)
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
-
40 trilyon dollarlıq borc və müharibə: ABŞ-ı nə gözləyir?
-
Gülay Zeynallı tanımaz halda - (Video)
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
Neftin qiyməti ucuzlaşdı
-
Messi Argentina millisində vida matçına çağırıldı
-
Paytaxtın 10 küçəsində tıxac var
-
Telefon qabınızın altına dəfnə yarpağı qoyun
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə





