İqtisadiyyat

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

6 May 2024 17:11
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı KOB evi"ndə sahibkarlara dövlət qurumları ilə yanaşı, özəl qurumlar tərəfindən bank, logistika, yükdaşıma, konsaltinq, mobil operator, hüquqi məsləhət kimi xidmətlər göstərilir.

Cari ilin yanvar-mart aylarında "Bakı KOB evi"ndə sahibkarlıq subyektlərinə göstərilmiş 80349 xidmətin 7812-si (9,72%) özəl qurumlar ("B2B") tərəfindən təqdim edilib.

Bu dövrdə "Bakı KOB evi"nə müraciət edən sahibkarlar daha çox "Kapital Bank" ASC-nin - 5086 (6,33%), "Bank Respublika" ASC-nin - 1025 (1,28%), "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin - 1022 (1,27%), "Dynamic Express" MMC-nin - 223 (0,28%), "Ase Express"in - 148 (0,8%) xidmətləri üçün müraciət ediblər.

Müvafiq özəl qurumlar tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan müxtəlif bank, logistika və yükdaşıma xidmətləri göstərilib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.