Türkiyədən geyim məhsullarının idxalında AZALMA: Səbəb nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə İxracatçıları Məclisi dünən yaydığı hesabatda bildirib ki, cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan Türkiyədən aldığı geyim və geyim üçün lazım olan ləvazimatlarının həcmi kəskin azalıb.
Belə ki, iki ay ərzində Türkiyədən 10 milyon 84 min ABŞ dolları dəyərində geyim və geyim üçün lazım olan ləvazimatlar alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 510 min ABŞ dolları, yaxud da 35,3 faiz azdır.
Maraqlıdır ki, Türkiyədən onlayn üsulla geyim sifarişi gün keçdikcə daha da populyarlaşır. Ona görə də, statistikada azalmanın olması müəyyən suallar yaradır.
Bəs azalmaya səbəb nədir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı Bizim.media-nın bu və digər suallarını cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov, bu məlumatın statistik mənzərəni tam əhatə etmədiyini bildirib.
Onun fikrincə, burada "güzgü" (şəffaflıq) metodologiyası düzgün tətbiq olunmayıb:
"Bu gün vətəndaşlarımızın Türkiyə ilə həyata keçirdiyi alış-verişin rəsmi uçotu aparılmır. Rəsmi mənbələrə istinad edilən məlumata əsasən, "Trendyol" kimi elektron platformalardan alınan məhsullarla bağlıdır. Çünki daha çox bayram ərəfələrində bu platformalardan edilən ticarətin həcmi kəskin şəkildə artır ki, bu da normal bir haldır.
Ancaq yanvar və fevral ayları "boz ay", yəni alış-verişin azaldığı aylar sayılır. Ona görə ki, bu aylarda insanlar qənaətçilik paradoksunun ən yüksək pilləsində olurlar".
Bu il ticarət həcmi daha da artacaq
Onun sözlərinə görə, mart isə bayramlar ayı olduğu üçün adıçəkilən platformalara müraciətlərin sayı yenidən artmağa başlayıb:
"Hamı yeni geyimlər, müxtəlif əşyalar və sair almağa çalışır. Buna görə də Türkiyə İxracatçıları Məclisi tərəfindən qeyd edilən rəqəmlər əsas kimi götürülə bilməz. Çünki elektron ticarət platformaları vasitəsilə edilən ticarətin əsl mənzərəsini görə bilmirik. Bu da Türkiyədən karqolarla gələn geyim sifarişlərinin kiloqramla rəsmiləşdirilməsi ilə bağlıdır. Bir çoxu isə qarışıq mallar gəldiyi üçün rəsmiləşmə daha da çətinləşir".
Onun fikrincə, bu məsələdə insanlarımızın alıcılıq qabiliyyətinin aşağı düşməsini də nəzərə almaq lazımdır:
"Amma ümumi balansa diqqət yetirsək, ilin sonuna qədər alış-verişin daha da artacağı proqnozlaşdırılır. Üstəlik, əvvəlki səviyyəsinə də çatacaq və ötəcək. Bu gün Türkiyə Azərbaycanın geyim bazarını tam təmin edir".
Digər ekspert Xalid Kərimli isə Türkiyə İxracatçıları Məclisinin bu statistikasındakı rəqəmlərin dəqiq olmadığını söyləyib:
"Burada əsas məqam, Türkiyə məhsullarının bahalaşması ilə bağlıdır. Çünki bu ölkədə inflyasiya çox sürətlə gedir. Bundan başqa, ölkəmizdə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq türk lirəsinin dollar qarşısında dəyərdən düşməsi əsas rol oynamır. Ona görə ki, bu, insanları daha çox alış-veriş etməyə həvəsləndirər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
ABB kartlarından silininən pullar geri qayıtdı
-
Neft qiymətləri ucuzlaşıb
-
Kredit borcu olan vətəndaşlara hansı güzəştlər ediləcək?
-
Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş
XƏBƏR LENTİ
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?
-
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
-
"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
-
44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi





