5-8 iyun tarixlərində "Bakı Ekspo" mərkəzində Xəzər regionunun neft-qaz sənayesi sahəsində əlamətdar hadisə olan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgi və konfransı keçiriləcək. Dövlət strukturları bu sərgi və konfransa xüsusi diqqət yetirir və onu dəstəkləyirlər.
Bir sıra dövlət başçıları isə hər il sərgiyə öz təbrik məktublarını göndərirlər. Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi sayılan "Caspian Oil and Gas" sərgi və konfransı hər il regionun neft sektorunda fəaliyyət göstərən aparıcı mütəxəssisləri və əsas oyunçuları bir yerə toplayır. Azərbaycan Respublikasının prezidenti, zati-aliləri İlham Əliyevin hər il təntənəli şəkildə keçirilən rəsmi açılış mərasimində iştirak etməsi sərginin yüksək statusunu xüsusi şəkildə vurğulayır.
Həmçinin, hər il bu sərgi və konfransı yüksək səviyyəli qonaqlar ziyarət edir və rəsmi açılış mərasimində iştirak edirlər. Ənənəvi olaraq, "Caspian Oil and Gas" sərgisi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində Britaniyanın "ITE Group Plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian LLC" şirkəti çıxış edirlər. Layihə üzərində işə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgiyə fəal surətdə cəlb edən "ITE Group plc" şirkətinin tərəfdaşları - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (Çin) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb olunublar.
Bu il sərgidə dünyanın 35 ölkəsindən 304 şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Almaniya, Böyük Britaniya və Türkiyənin milli qrupları var. Bu il sərgidə ilk dəfə olaraq Vyetnamı təmsil edən şirkətlər də iştirak edəcək. Sərgi sahəsinin 40%-ni bütün dünyada tanınmış şirkətlər tutacaq. Bu şirkətlərin əksəriyyəti "Caspian Oil & Gas" sərgisinin daimi iştirakçılarıdırlar. Əlamətdar hallardan biri də ondan ibarətdir ki, sərgi iştirakçılarının 10%-ni əvvəllər heç vaxt Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edir. Sərgiyə olan davamlı maraq çox mühüm göstərici və əhəmiyyətli amil olub, Azərbaycanın beynəlxalq neft birliyində layiqli yer tutduğuna və regionda lider mövqeyinə malik olduğuna dəlalət edir.
Sərgi və konfransın sponsorları isə keçiriləcək tədbirin mühüm statusunu bir daha vurğulayır. Belə ki, sərgi və konfransının Baş sponsoru qismində "BP Azərbaycan" şirkəti çıxış edir. Sərginin qızıl sponsorları Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və "Andrade Gutierrez" şirkətidir. Sərgi və konfransının sponsorları arasında Caspian Geophysical, Conoco Phillips, Cross Caspian Oil and Gas Logistics, Det Norske Veritas, Ernst & Young, IGI POSEIDON S.A., Inpex Corporation, McDermott Caspian Contractors, Inc, MESC, Nobel Oil LTD, OMV Aktiengesellschaft, RWE, Statoil, Salans, TAP, Total E&P Azerbaijan, Velosi, Vietnam Oil & Gas Group (Petrovietnam) şirkətlər var.
Sərgi "Bakı Ekspo" mərkəzinin iki pavilyonunda keçiriləcək. Bu tədbirdə neft hasilatı və enerji ehtiyatlarının daşınması sahəsində mövcud olan yeni texnologiyalar nümayiş etdiriləcəkdir. Eyni zamanda, sərgi regionda həyata keçirilən və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələrini təqdim edəcək.
"Caspian Oil and Gas" sərgisinin işgüzar proqramı çərçivəsində əlamətdar hadisə isə 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" konfransı olacaq və burada regional əməkdaşlıq, ölkədə yeni layihələrin inkişafı, habelə Azərbaycanda və regionda enerji infrastrukturu layihələrinin inkişafı məsələləri də daxil olmaqla, dünya enerji bazarının aktual məsələləri diqqət mərkəzində olacaq. Artıq 500-ə yaxın nümayəndənin akkreditə olunduğu bu konfrans öz işinə sərginin ikinci günü, yəni 6 iyun tarixində "Hilton Bakı" otelində başlayacaq. Konfransın məruzəçiləri arasında müxtəlif dövlətlərin yüksək rütbəli nümayəndələri və respublikanın neft-qaz sənayesi sahəsinin aparıcı iştirakçıları yer alır.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Xəzər neft, qaz, neftayırma və neft kimyası" sərgi və konfransı keçiriləcək
1 İyun 2012 19:23
Baxış: 1 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Avro 2 manatı keçdi: AMB-dən yeni məzənnələr
-
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
-
Ötən il İranla ikitərəfli yükdaşımaların həcmi 2,3 milyon tona çatıb - Baş nazirin müavini
-
Avtomobil bazarında niyə alıcı yoxdur? - SƏBƏB
-
"Xocalı" gəmisi İndoneziyadan Avstraliyaya səfərini uğurla tamamlayıb
-
Avrosu olanlara ŞAD XƏBƏR - BAHALAŞDI
XƏBƏR LENTİ
-
Bakıda Baləlinin şəkilləri olan qız köynəkləri satılır — FOTOlar
-
Xalq şairi Nəriman Həsənzadəyə “Heydər Əliyev” ordeni təqdim edilib - FOTO
-
Maliyyə Nazirliyi dövlət qurumlarında yoxlamalar APARACAQ
-
"İç geyimi ilə efirə çıxan sizsiz, xalqa nəyin üsyanını edirsiniz?” - VİDEO
-
Bakıda metronun yanında maşın yandı - VİDEO
-
Aynur Dadaşova efirdə AĞLADI: "Özümü bağışlaya bilmirəm" - VİDEO
-
Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü
-
İranla bağlı gərginlik artır - ABŞ-dən hərbi rəhbərliyə XƏBƏRDARLIQ
-
Puqaçova evini satışa çıxardı - QİYMƏT
-
“Krokus”da baş vermiş terror aktı üzrə dəymiş zərər 6 milyard qiymətləndirilib
-
Rusiyalı aktrisa faciəli şəkildə öldü - FOTO
-
"200 manat başına dəysin "
-
Başqasının evinə girib "bura mənimdir" deyən şəxs TUTULDU
-
Naxçıvanda 40 quyu qazılacaq
-
Məşhur baş məşqçi QOVULDU
-
111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan videoçarx hazırlanıb - FOTO
-
ABŞ-nin qlobal idxal rüsumları qüvvəyə minib
-
Ətin qiyməti DƏYİŞİR - Bazardakı son vəziyyət NECƏDİR?
-
"Ərim “Möhtəşəm Yüzyıl”ın aktrisası ilə gəzir" - 50 milyonluq XƏYANƏT - FOTOlar
-
Mindən çox abonentin qazı KƏSİLƏCƏK
-
"Hər işdə birinci qadınlar": Bayram alış-verişiniz qadın sahibkarların gücünə güc qatsın
-
İcraçı direktor kazinoda milyonları “yandırdı” - Möhbalıyevin restoranında nə baş VERİR?
-
"Qarabağ"ın "Nyukasl"la oyunu hansı kanalda yayımlanacaq?
-
Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ - FOTO





