İqtisadiyyat

Muğanbank işə qəbul elan edir

5 Sentyabr 2023 11:38
Baxış: 1 591
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vəzifə              Lombard kreditləri üzrə mütəxəssis

Maaş

500 - 1000 manat (satışa görə əlavə bonus)

Şəhər

Bakı

Yaş

20 - 45

Təhsil

Ali

İş təcrübəsi

1 il

E-mail

[email protected]

Vəzifəyə olan tələblər:

  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
  • Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
  • Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
  • Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;

İş vaxtı - Həftə içi - 09:00-18.00
 

Namizədə tələblər

  • Bank, Kredit təşkilatı və-ya Lombardda təcrübə;
  • Mövcud Lombard portfeli olan mütəxəssislərə üstünük verilir
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı

Vəzifə

Əməliyyat üzrə mütəxəssis

Maaş

500 - 800 AZN

Şəhər

Bakı

Yaş

25 - 35

Təhsil

Ali

İş təcrübəsi

3-5 il

E-mail

[email protected]

Vəzifəyə olan tələblər:

- Hüquqi və fiziki şəxslərə Bank hesablarının açılması ;
- Valyuta və manat əməliyyatları;

- Depozitlərin qəbul edilməsi ;
- Təcili pul köçürmə sistemləri;

- Qüvvədə olan bank qanunvericiliyini və normativ-hüquqi aktları bilməsi

 İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək
 

Namizədə tələblər

- Ali təhsil;
- Azı 3 il bank sahəsində iş təcrübəsi
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində danışıq bacarığı;

- Analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti;
- Ünsiyyət qurma bacarığı və müştəri ilə işləmək bacarığı;

- İşinə məsuliyyətli yanaşma 

Vəzifə

Biznes proseslərinin idarəedilməsi departamentində analitik

Maaş

800-1000 AZN

Şəhər

Bakı

Yaş

25 - 35

Təhsil

Ali

İş təcrübəsi

Azı 1 il bank stajı

E-mail

[email protected]

Vəzifəyə olan tələblər:

  • Proseslərin modellərinin sxemlər vasitəsi ilə qurulması və təsviri
  • Tələblərin izlənilməsi
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin irəli sürülməsi
  • Biznes tələblərinə görə hesabatların hazırlanması
  • Bankın fəaliyyətinə dair məlumatların təhlillinin həyata keçirilməsi
  • Əldə edilmiş nəticələrə görə gələcək dövr üçün proqnozların verilməsi
  • Maliyyə bazarının analizi
  • Müxtəlif analitik materialların hazırlanması
  • Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlasdırılaraq məlumat bazasına yüklənməsi
  • Gündəlik müxtəlif növ tapşırıqlara uyğun dataların hazırlanması
  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi
  • Məlumat bazalarından əldə edilən statistik datanın davamlı əsaslara təmizlənməsi, strukturlaşdırılması və vizuallaşdırılaraq, mütəmadi hesabatların təqdim edilməsi
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi
  • Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək
  • Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
  • Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək
  • Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyəti;
  • Biznes müzakirələri aparmaq (məsələn, hədəfləmə və seqmentləşdirmə strategiyaları) üçün müştəri davranışı haqqında məlumatların əldə edilməsi və nəticələrin biznes tərəfdaşlarına və yüksək səviyyəli liderlərə aydın şəkildə çatdırılması

 İş vaxtı - həftədə 5 gün, 09.00-dan 18.00-dək
 

Namizədə tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika və Kompüter elmləri, Kompüter mühəndisliyi və Riyaziyyat ixtisasları üzrə olması arzu olunandır)
  • Analitik kimi minimum 1 il iş təcrübəsi (Bank təcrübəsinin olması arzuolunandır)
  • İnformasiyanın təhlili, sistemləşdirilməsi və ümumiləşdirilməsi, təhlil nəticələrinin struktur təqdimatı bacarıqları
  • Statistik verilənlər bazaları ilə iş təcrübəsi, maliyyə hesabatlığını bilmək
  • Bank biznes proseslərini anlamaq
  • Bazarın əsas oyunçularını tanımaq
  • Səlis Azərbaycan və İngilis dili (Rus dili biliyi arzuolunandır)
  • Sistemli yanaşma, informasiyasını qurmaq və tapşırıqların alternativ həll yollarını tapmaq bacarığı
  • Çoxsaylı tapşırıqları paralel icra edə bilmək, məsuliyyət, unsiyyət və sərbəst işləmək bacarıqları
  • Ofis proqranlarında işləmə bacarığı (Excel, Word, Power Point) Yüksək səviyyədə MS Excel biliyi
  • Kodlaşdırma bacarıqları (Python, R və ya bənzəri kimi)
  • Analitik vasitələr təcrübəsi (SQL və ya bənzəri kimi)
  • Datanın emal edilməsi və strukturlaşdırılmasını yüksək səviyyədə bacarmalı;
  • Məlumatların vizuallaşdırılması (Tableau, Power BI və ya digərləri)
  • Böyük məlumat bazasının təhlilin aparılması
  • Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
  • Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsi
  • Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
  • Adaptasiya və sərbəst araşdırma qabiliyyəti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.