İqtisadiyyat

Kapital Bank-ın dəstəyi iləuşaqlar üçün cizgi filmi hazırlanıb

1 İyun 2023 10:34
Baxış: 1 172
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün cizgi filmi hazırlayıb. Macara TV ilə birgə hazırlanan cizgi filmi uşaqların maarifləndirilməsinə yönəldilib. Animasiyada təbiətin mühafizəsi, xeyriyyəçilik və dostluq təbliğ olunur.

Cizgi filminin ssenarisinə görə Macaraland-ın sakinləri parkda olarkən Birbank kartı tapırlar. Birbank-ın personajı olan Biri balaca dostların köməyinə gələrək ödəniş kartı tapılan zaman hansı addımların atılmasını izah edir. Cizgi filminə Kapital Bank-ın YouTube sosial şəbəkəsindəki səhifəsində baxa bilərsiniz -https://youtube.com/watch?v=Uq026qkJME8.

Qeyd edək ki, cizgi filmi Macaraland komandası tərəfindən hazırlanıb (https://www.youtube.com/@MacaraTVqarashahin), layihənin rəhbəri və ssenari müəllifi isə Nəsibə İbrahimovaya məxsusdur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün - https://kbl.az/tkstcrd.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.