İqtisadiyyat

Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir - Emma Nikolson

1 İyun 2023 10:58
Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Dünya Bankı ilə birgə həyata keçirilən Azərbaycanda dəniz külək enerjisinin inkişafı yol xəritəsinin əsas sponsorudur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Böyük Britaniyan baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi çərçivəsində deyib.

"30 ildən artıqdır ki, Böyük Britaniya və Azərbaycan güclü tərəfdaşlıq əlaqələri qurublar və indi biz yaşıl enerjiyə daha çox diqqət yetiririk", - o deyib.

Bundan əlavə, o, Böyük Britaniyanın yaşıl enerjiyə keçidlə bağlı işçi qrupunun olduğunu da bildirib.

Bundan əlavə, Emma Nikolson bu sahədə çoxsaylı tədbirlərdən, o cümlədən Azərbaycanın energetika nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Böyük Britaniyaya səfərindən, Böyük Britaniyanın Azərbaycandakı səfirliyindəki tədbirlərdən, eləcə də enerji sektorunda kadr potensialının artırılmasından danışıb.

"Azərbaycan bərpa olunan enerjinin inkişafında Böyük Britaniyanın əsas tərəfdaşlarından biridir. Təbii ki, Böyük Britaniya bu sahədə Azərbaycana dəstəyini davam etdirəcək", - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, mayın 31-dən iyunun 3-dək Bakıda 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgiləri keçirilir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.