İqtisadiyyat

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var - Emma Nikolson

1 İyun 2023 10:09
Baxış: 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsi zamanı deyib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Azərbaycandakı bp şirkəti bu "yaşıl" layihələrin həyata keçirilməsində ölkəyə dəstək olmaqda böyük rol oynayır.

"Azərbaycanın dəniz külək enerjisi əhəmiyyətli potensiala malikdir, ölkədə təmiz enerjiyə sürətli keçid üçün bütün imkanlar var. Onu da vurğulamaq istəyirəm ki, Böyük Britaniya dəniz enerjisi sahəsində mühüm təcrübəyə malikdir və Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində yaşıl enerjiyə keçid sürətləndirilə bilər", - o əlavə edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.