İqtisadiyyat

Türkiyə ildə 40 milyard kubmetrə qədər qaz satmağı planlaşdırır

18 Aprel 2023 07:00
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə qaz qovşağı vasitəsilə ildə 40 milyard kubmetrə qədər qaz satmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Energetika və təbii sərvətlər naziri Fatih Dönmez bildirib.

Fatih Dönmez qeyd edib ki, ölkə hər il qaz kəmərləri və tankerlər vasitəsilə 100 milyard kubmetrə yaxın qaz alır.

"Bu həcmin 55-60 milyard kubmetrindən istifadə edirik, qalan 40 milyardını isə Avropaya sata bilərik", - deyə nazir bildirib.

Fatih Dönmezin sözlərinə görə, Türkiyə artıq Avropadakı potensial alıcılarla qazın satışı ilə bağlı danışıqlar aparır.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qara dənizdə təxminən 320 milyard kubmetr təbii qaz ehtiyatı olan karbohidrogen ehtiyatları aşkar etdiyini açıqlamışdı. Ərdoğanın sözlərinə görə, bu tapıntı Türkiyənin xaricdən enerji asılılığından xilas olmasına töhfə verəcək. O, həmçinin qeyd edib ki, enerji resursları Türkiyənin milli təhlükəsizliyi üçün önəmlidir və yaxın zamanda bu qaz türk xalqının ixtiyarında olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.