İqtisadiyyat

Yeni il yarmarkalarında QİYMƏTLƏR - FOTO

22 Dekabr 2022 14:42
Baxış: 3 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 17-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkaları təşkil olunur.

Yarmarkanın necə təşkil olunmasını, əhalinin marağını, satışa çıxarılan məhsulların qiymət və keyfiyyətini öyrənmək üçün Trend-in müxbiri Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı) ünvanında təşkil olunan yarmarkaya baş çəkib.

Yarmarkaya maraq qənaətbəxş idi. Həmsöhbət olduğumuz alıcılar bildirdilər ki, yarmarkada qiymətlər market və dükanlardan daha ucuzdur.

Yarmarkalar Bakı və Abşeron ərazisində baş tutacaq. Yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 50-ə yaxın regiondan 70-dən artıq fermer iştirak edəcək. Onlar 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

"Kənddən Şəhərə" Yeni il yarmarkasının təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.

Qiymətləri təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.