İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"VAZ-2107" avtomobillərinin istehsalı dayandırılır
13 Aprel 2012 17:58
0 Şərh
Baxış: 17 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyanın "AvtoVAZ" şirkəti gələn həftədən etibarən "VAZ-2107" modelli avtomobillərin istehsalını dayandırır. APA-nın xəbərinə görə, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr üzrə direktoru İqor Burenkov bildirib.
Onun sözlərinə görə, model sırasını yeniləmək qərarına gələn "AvtoVAZ"ın satış həcmi bu ilin I rübündə 3 dəfə aşağı düşüb: "Klassik modellərə tələbat azalıb. Artıq onlarla vidalaşmaq zamanı gəldi. Ona görə də gələn həftədən etibarən "VAZ-2107" istehsalını dayandırırıq".
Qeyd edək ki, "VAZ-2107" avtomobil modeli 1978-ci ildən istehsal olunur. Azərbaycana bu model 1980-ci ildən etibarən idxal olunur. Bu modelin istehsalı dayandırılmasa belə, mayın 1-dən onu Azərbaycana idxal etmək mümkün olmayacaq. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) fevral ayında verdiyi qərara əsasən, bu il mayın 1-dən Azərbaycanda avtomobil nəqliyyat vasitələrində "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. SMPDK-nın təsdiq etdiyi "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırma qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə görə, may ayının 1-dən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyat vasitələrində (tam ötürücü transmissiyalılar istisna olmaqla) "ABS" əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı (air bag) olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək.
Xatırladaq ki, "AvtoVAZ" şirkəti 1993-cü ildə yaradılıb. Şirkətin əsas səhmdarlarından biri Fransanın "Renault" şirkətidir. "AvtoVAZ"ın səhmlərinin 25%-i "Renault"a məxsusdur. Hazırda şirkət "Lada Priora", "Kalina", "Samara", eləcə də "klassik" modellər (o cümlədən "VAZ-2107") buraxır.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pensiya artımı ilə bağlı rəsmi açıqlama
-
"Şeron"un Ülvisinə ağır itki - (Foto)
-
Türkiyədə kibercinayətkarlığa görə 137 nəfər həbs edilib
-
Vahid geyim forması məktəblərdə uğurla tətbiq olunur - 247 nömrəli məktəbdən reportaj - (Video/Foto)
-
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və Kambocanın Birinci xanımı Piç Çanmoni görüşüblər - (Video)
-
İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub
-
Noyabrda hansı ərzaqlar bahalaşacaq, hansılar ucuzlaşacaq? - Siyahı
-
Müəllimlər geyim qaydaları ilə bağlı qərarı dəstəkləyirlər
-
Nisyə mal satanların diqqətinə: Məlumatlar 90 faiz uyğun gəlməsə...
-
Ayın 13-də yağış yağacaq - Proqnoz
-
ASCO-nun quru yük daşımaları bir ildə 39 % artıb
-
Azərbaycanda futbolçu ölü tapıldı
-
Prezident İlham Əliyev: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
-
Səfərbərlik Xidmətinin 121 əməkdaşı barəsində araşdırmalar aparılıb
-
Prezident İlham Əliyev: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür
-
Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər
-
“Məktəb və universitetlər radikal çağırışların meydanına çevrilməməlidir”
-
Eda Ece: “Öpüşmə səhnələrinə çəkilmirəm, dekolteli geyinmirəm” - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər
-
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - (Foto)
-
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - (Foto)
-
Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək
-
Azərbaycanda kimlər 4 min manatdan çox maaş alır?