Avrokomissiya Azərbaycan qazının Bolqarıstana nəqli ilə bağlı çağırış etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avropa Komissiyası bütün maraqlı tərəfləri Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) tezliklə işə salınması üçün lazımi addımları sürətləndirməyə çağırır.
Bunu Trend-ə Avropa Komissiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, bu yaxınlarda Rumıniyanın keçmiş energetika naziri Razvan Nikolesku Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsona Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun işə salınmasının sürətləndirilməsi üçün tədbirlərin görülməsi xahişi ilə məktub göndərib.
"Biz məktubun alındığını təsdiq edə bilərik və vaxtı gəldikdə cavab verəcəyik. IGB Aİ üçün ümumi maraq kəsb edən layihədir və biz onu Cənub-Şərqi Avropada enerji təchizatını diversifikasiya etmək və daxili bazarda enerji təchizatını gücləndirmək üçün lazım olan infrastrukturun mühüm elementi hesab edirik. Beləliklə, biz bütün maraqlı tərəfləri IGB-nin tez bir zamanda işə salınması üçün lazımi addımları sürətləndirməyə çağırırıq", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
O əlavə edib ki, təşkilat əvvəldən bu layihəyə siyasi və maliyyə dəstəyi verib.
"IGB Avropa Enerji Bərpa Proqramından 45 milyon avro və Struktur Fondlardan 39 milyon avro alıb. Komissiya layihə şirkəti ilə, eyni zamanda tənzimləyici orqanlar, Bolqarıstan və Yunanıstan hökumətləri ilə müntəzəm əlaqə saxlayıb. İndi biz layihənin son mərhələlərini, o cümlədən sertifikatlaşdırma ilə bağlı prosesləri yaxından izləyirik", - Avropa Komissiyasının nümayəndəsi bildirib.
Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?





