Azərbaycanda hibrid avtomobillərin kredit şərtləri sadələşdirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu ilin sonunadək Azərbaycana idxal olunan yeni ekoloji təmiz avtomobillərin kredit şərtləri sadələşdirilə bilər.
Bunu APA-ya avtomobil bazarının eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, hazırda qeyd olunan məsələ banklar tərəfindən müzakirə olunur və yaxın iki ay ərzində bununla bağlı ciddi irəliləyiş əldə oluna bilər.
"Ehtimal olunur ki, ekoloji təmiz avtomobil almaq istəyən vətəndaş avtomobilin məbləğinin 20%-ni ödəməklə belə maşına sahib ola biləcək. Qalan məbləğ isə hazırda illik 15% civarında verilir. Biz təklif edirik ki, bu faizlər də azaldılsın və vətəndaş 5 il müddətinə maşın alanda aylıq ödədiyi məbləğ risk yaratmasın. Yəni orta əmək haqqından yüksək maaş alan istehlakçı bu krediti hər ay ödəyə bilsin", - deyə Eldəniz Cəfərov qeyd edib.
Ekspert onu da əlavə edib ki, hazırda dövlətin qarşıya qoyduğu "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramı çərçivəsində ölkədə ekosistemin yaxşılaşdırılması məqsədilə ətraf mühitin təmizlənməsi, havaya buraxılan zərərli CO2 qazının miqdarını azaltmaq istiqamətində işlər görülür. Atmosferə zərərli qazlar buraxmayan və ya az miqdarda təsirli olan nəqliyyat vasitələrinin istismarı stimullaşdırılır.
"Stimullaşdırıcı addımlardan biri ölkəyə idxal olan ekoloji təmiz avtomobillərin gömrük və vergidə ƏDV-dən azad olunmasıdır. Hazırda bu azadolma həyata keçirilib və Azərbaycana idxal olunan hibrid və elektromobillərin sayında artım, qiymətində azalma müşahidə olunur ki, bu da onları sahibkarlar üçün sərfəli, vətəndaşlar üçün isə qismən əlçatan edir", - deyə Eldəniz Cəfərov qeyd edib.
Rəsmi statistikaya uyğun olaraq, təkcə bu ilin yanvar-aprel aylarında ölkəyə 4156 hibrid avtomobil və 92 vahid elektromobil idxal olunub ki, bu da illik ifadədə 48% və 3,8 dəfə çoxdur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
-
Azərbaycan nefti bahalaşıb
-
34 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
-
Ötmə qaydasının pozulması sərnişinin həyatına son qoydu - (Video)
-
250 mindən çox ailəyə sosial müavinət verilə bilər - Yeni təklif
-
Nepalda daşqın nəticəsində ölənlərin sayı 1386 nəfərə çatdı
-
Bolqarıstanda sursat anbarlarında yanğın və partlayış oldu
-
Trampın şəxsi təyyarəsinin görüntüləri yayıldı - (Video)
-
Ələt Avrasiyanın xəritəsini dəyişir: Azərbaycan qlobal logistikanın mərkəzinə çevrilir
-
Azərbaycanda son sutkada 114 axtarışda olan şəxs saxlanılıb
-
Xarici diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb
-
45 yaşlı azərbaycanlı dron hücumunda həlak oldu - (Foto)
-
Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək
-
Tramp Avropa liderləri ilə görüşəcək
-
“Brent” markalı neftin qiyməti ucuzlaşdı
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir





