Avropada avtomobil satışları rekord həddə azalıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2022-ci ilin ilk rübündə Avropada 2,2 milyon ədəd təzə avtomobil satılıb. Bu, Avropanın avtomobil tarixində 3 ən pis aylardandır.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının son hesabatında yer alır.
Satışlarının azalması istehsaldakı tənəzzüllə birbaşa əlaqədardır. İlin əvvəlində istehsala yarımkeçirici qıtlığı və logistika problemləri mane olurdusa, mart ayında başlıca problem Ukraynadakı təchizatçı zavodların dayanması olub. Siyahıya Rusiyaya tətbiq edilən embarqo nəticəsində Federasiyadan qiymətli metal ixracının dayanmasını də əlavə etmək lazımdır. Qıtlığa görə istehsalçılar daha rentabelli avtomobillrin istehsalına yönəlirlər. Bu da balıca olaraq elektromobillərdir.
İlin birinci rübündə ümumi satışlar 12,3% azalsa da, geriləmə mühərrik tipinə görə fərqlidir. 2 il əvvələdək avropalıların sevimli nəqliyyatı olan dizel avtomobillərin satışı bu il 33,2% azalıb. Qitədə cəmi 378 000 ədəd ağır yanacaqla işləyən yeni avtomobil satılıb.
Benzin mühərrikli avtomobillərin satışı azalsa da, bazarda liderliyini qoruya bilib - 808 000 yeni avtomobil. Köhnə qitədə satılmış bütün təzə avtomobillərin 36%-i benzinlə işləyir. İkinci yerdə 25,1%-lə dizel avtomobillər gəlir. Dizel avtomobillərin satışı əsasən Almaniyada cəmləşib.
3-cü yerdə 16,8%-lə hibrid modellər, 4-cü yerdə isə 10%-lə elektromobillər qərarlaşıb. Doldurulan hibridlərə maraq ənənəvi hibridlərə və elektromobillərə nisbətdə daha az - 8,9%-dir.
Elektromobil satışında əsas yerləri Almaniya (83 774 ədəd, və ya 29% artım), Fransa (64 165 ədəd, və ya 42,7%), Norveç (26 803 ədəd, və ya 40%) və İsveç (19 715 ədəd və ya 285,7%) tutur.
Siyahıda ən sonuncu yeri isə sıxılmış təbii qazla işləyən avtomobillər tutur - cəmi 0,3%.
Çip qıtlığı və Ukrayna böhranı Avropada ucuz avtomobillərin sıradan çıxması ilə nəticələnib. Artıq demək olar heç bir şirkət 10 000 avrodan aşağı qiymətə təzə avtomobil təklif etmir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov





