“PASHA Bank Cup IV” yarışmasının ilk təsnifat mərhələsinin nəticələri məlum olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin İT sahəsinin istedadlarının yarışdığı "PASHA Bank Cup IV" müsabiqəsinin ilk təsnifat mərhələsi başa çatıb. 1-4 may tarixlərində "İcra və Data strukturları" mövzusunda keçirilən ilk mərhələ 200-ə yaxın iştirakçının qızğın mübarizəsi ilə yadda qalıb. Nəticələrə əsasən, 4 nəfər 100 %-lik, 28 nəfər isə 50%-dən yüksək nəticə göstərib.
İlk təsnifat mərhələsini 100 %-lik nəticə ilə başa vuran iştirakçıların adlarını diqqətinizə çatdırırıq:
- Səid Nəsibov
- Fərid Əhmədli
- Xızrı Saxrayev
- Xanlar Abbasov
Tezliklə yarışmanın "Axtarış və sıralama" mövzusuna həsr olunan II təsnifat mərhələsi baş tutacaq. Bu mərhələdə istənilən şəxs öncədən təqdim olunan keçid vasitəsilə yarışa qatıla və birincilik uğrunda mübarizəyə qoşula biləcək.
Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" tərəfindən 2019-cu ildən etibarən keçirilən "PASHA Bank Cup" yarışmasında müxtəlif yaşlarda olan proqramçıların iştirakı nəzərdə tutulub. Bank bu yarışma vasitəsilə İT sahəsində təhsil alan və çalışan bacarıqlı kadrları üzə çıxarmağı, beləliklə də, sözügedən sahənin inkişafına töhfə verməyi hədəfləyir.
Müsabiqənin rəsmi Teleqram kanalına https://t.me/digitalengineer qoşulmaqla, ətraflı məlumat əldə etmək və yaranan suallara cavab almaq mümkündür.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu gündən etibarən avtomobilinizin şüşəyuyan suyunu dəyişdirin
-
Ən güclü intuisiyaya malik bürclər
-
Selahattin Paşalının yeni işi
-
Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi
-
HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)





