İqtisadiyyat

"Exxon Mobil" Rusiyadan tamamilə çıxa bilər

21 Aprel 2022 22:28
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən böyük neft şirkətlərindən biri "Exxon Mobil" iyunun 24-dək Rusiya bazarından tamamilə çıxmaq imkanını nəzərdən keçirir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin planları ilə tanış olan mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, şirkət Rusiyadakı digər müəssisələrini, o cümlədən məşhur "Mobil" sürtkü yağlarının satışını iyunun 24-dək dayandırmağı düşünür.

Qeyd olunur ki, ötən ilin məlumatına görə, "Exxon" bütün Rusiya üzrə mindən çox insanı işlə təmin edib.

Şirkətin ofisləri Moskva, Sankt-Peterburq, Yekaterinburq və Yujno-Saxalinskdə yerləşir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.