İqtisadiyyat

Dünya Bankından Azərbaycanda ÜDM-lə bağlı proqnoz

12 Yanvar 2022 13:06
Baxış: 341

2022 və 2023-cü illərdə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımı müvafiq olaraq 3,1 və 2,7 faiz təşkil edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında deyilir.

Qeyd edək ki, bankın iyun hesabatında bu proqnozlar müvafiq olaraq 3,9 və 3,6 faiz səviyyəsində idi.

Hesabata əsasən, 2021-ci ildə Azərbaycanın ÜDM-i 5 faiz artıb. 2020-ci ildə isə bu göstərici 4,3 faiz azalma nümayiş etdirmişdi.

Qeyd olunur ki, Azərbaycanın iqtisadi artımı 2010-2019-cu illərin orta göstəricisindən yüksək qalır. Bu, əsasən qeyri-enerji sektorunun inkişafı, investisiyaların artımı və enerji sektorunun OPEC+ kvotalarına uyğun stabil artımı, eləcə də təbii qaz daha yüksək hasilat səviyyəsi sayəsində mümkün olub.

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.