Zərif sərhədlər: İranın görün(məy)ən sərhədlərinə baxış
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
YARAT Müasir İncəsənət Mərkəzi
Bakı, Azərbaycan
22 noyabr 2019 -16 fevral 2020
YARAT Müasir İncəsənət Məkanı Sizi 22 noyabr 2019 - 16 fevral 2020-ci il tarixlərində keçiriləcək "Zərif sərhədlər: İranın görün[məy]ən sərhədlərinə baxış" qrup sərgisinə dəvət edir. Ekspozisiya bütünlükdə 15 rəssam tərəfindən məhz bu sərgi üçün yaradılmış əsərləri, eləcə də son illərdə ərsəyə gətirdiyi əsərləri təqdim edir. Bu əsərlər, sərhəd anlayışını hansısa şübhəli, efemer və mütərəddid (qeyri-sabit, dəyişkən) kimi nəzərdən keçirir və heç bir sərhədin, mədəni, ərazi və psixoloji olmasından asılı olmayaraq, dayanıqlı və sabit olmasını şübhə altına qoyur. İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdıran sərgi, siyasi identikliyə, eləcə də daxili, şəxslərarası və beynəlxalq sərhədlərə aid olan sualları ortaya qoyur.
Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir.
Sərginin adı professor Firuzə Kaşani-Sabetin "Zərif sərhədlər: Qacar İranının azalan əraziləri" adlı essesinin başlığından götürülüb. Burada sərhədlər iki tipə bölünür: "literal" (və ya hərfi), yəni fiziki və metaforik, yəni, "mədəni" bölgü. YARAT-da nümayiş olunan sərgi, yaxın mədəniyyətlərin qeyri-zorakı bölgüsünü işıqlandırır. Belə bölgü, sakit demarkasiya adlanır və kollektiv şüurun köklərini pozur, bu mədəniyyətlərin konstruktiv dialoquna mane olur və onların ümumi tarixi, inancı və mədəniyyətini rədd edir.
Birinci mərtəbədə təqdim edilən ekspozisiya, cismin məkanı və şəhərin məkanı, xaos və qayda-qanun, şəxsi və mədəni-sosial məkan, "mən" və "başqaları" arasında görünməyən sərhədləri araşdırır. Kamruz Aramın yeni "Göy memarlıq üçün elegiya" (2019) adlı multimedia əsəri, müxtəlif formalarda və materiallarda həkk olunmuş İran mirası ilə birləşən ölkələr - İran, Azərbaycan və Əfqanıstan mədəniyyətlərinin bir çox məşhur istinadlarını özündə cəmləşdirir. Rəssam belə izah edir: "Əgər hər hansı mədəniyyət obyektinin yaşı yüz illərlə ölçülürsə, yerli xalqları ayıran sərhədlər isə əsrlər boyunca yerini dəyişirsə və təkamül prosesinə məruz qalırsa, belə obyektin milli mənşəyi ilə bağlı hər hansı iddialar şübhələr doğurur (açıq-aşkar görünür ki, coğrafi mənşə, milli mənşə ilə mütləq şəkildə uyğun gəlmir)". İnstalyasiya elə quraşdırılıb ki, guya, o, Azərbaycan portretçisi, tipik İran miniatürləri ilə özünə məşhurluq qazanmış Mirzə Qədim İrəvaninin "Oturmuş qadın portreti" (1870-ci illər) əsəri ilə "söhbət edir". Leyla Pazukinin "Adsız (Otaq №3)" (2012/2019) əsəri də mədəni sərhədlər anlayışını araşdırır: "Yazılmamış qaydalar, mədəni və sosial tabular, mühafizəkar və ənənəvi məhdudiyyətlər, bizə məlum olmayan qanunlar - bütün bunlar görünməyən sərhədlərdir və biz daim onlarla rastlaşırıq və hər dəqiqə özümüz də anlamadan onları adlayırıq".
Buna cavab olaraq, ikinci mərtəbədə əks mövqeli ekspozisiya təqdim edilib. Ekspozisiya təbiətdə - yerdə, göydə və suda sonsuzluq və fiziki anomaliyaların təzahürlərinin araşdırılmasına yönəlib. Rəssam Navid Nur tərəfindən yaradılmış, mərmər və güzgüdən hazırlanmış immersiv qapılar, paralel dünyalara girişi açan zaman portalı kimi çıxış edir. Timo Nasseri də, "Bitməyən gecə və ya bizə lazım olmayan işıq" (2019) adlı yeni əsərində, kainatın obrazına müraciət edir. Ulduzlar yavaş-yavaş əriyib yox olan kiçik qara çınqıllardan hazırlanıb. "Le corps fluide / Maye bədən" əsərində (2019) Neda Razavipur Xəzər sahillərində keçirdiyi uşaqlıq illərinə bağlı olan kollektiv yaddaş anlayışını araşdırır. Rəssamın audio-videoinstalyasiyası, Astaradan tutmuş, Culfaya qədər (İran) ərazilərdə toplanmış bir sıra gerçək hekayələri sənədləşdirir. Burada Araz çayının sərhədi ilə bir-birindən aralı düşmüş sevgililər haqqında hekayələr də yer alıb. Araz boyunca sərhəd, Jalə Nesarini də ilhamlandırıb. Yenicə yaradılmış videosunda, rəssam dahi şair Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərindən (1188) şeir parçalarını pıçıltı ilə söyləyir. Əsərdə zülm ilə bir-birindən ayrılan baş qəhrəmanlar öz kədərli talelərinin acısını yaşamağa məhkumdurlar.
***
Sərginin kuratorları Fərəh Piriye və Anna Fexdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
-
Mandarin alarkən mütləq bu işarəyə baxın: Şirin və şirəli olanı belə bilinir
-
Bu 3 tarixdə doğulanların payızda həyatı dəyişəcək
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar





