Mədəniyyət

Xalq artisti KÖVRƏLTDİ: "Ölümümü gözləyirəm"

13 İyul 2017 11:44
7 Şərh     Baxış: 6 039
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir ki, xəstəliklə mübarizə aparan xalq artisti, tanınmış xanəndə Əlibaba Məmmədov səhhətindən danışıb.

Milli.Az bildirib ki, yenicag.az-a açıqlama verən ustad xanəndə həyatından şikayət etmədiyini deyib:

"Daha üzü 89-a doğru gedirəm. Az yaş deyil e... Bu yaşda hər kəs xəstə olur. Xəstəliyin də adı - qocalıqdır. Mənim də diaqnozum odur. Qoca kişiyəm, evdə oturub ölümümü gözləyirəm. Hərdən başımı qatmaq üçün Əliağa Vahidin qəzəllərini oxuyuram. Televizorda köhnə lent yazılarımı verəndə qulaq asıram. Nəvələrim, uşaqlarım yanıma gəlir, beynimi açmağa çalışırlar. Amma heç vaxt kədərlənmirəm, çünki Allah verdiyi ömrü ürəyim istəyən kimi yaşamışam, heç vaxt həyatımdan şikayətçi olmamışam. Ölüm də Allahın əmridir, nə vaxt gəlsə canımı alsın".

Qeyd edək ki, uzun müddətdir ki, xalq artistinin səhhətində problemlər yaranıb. Xanəndə ev şəraitində müalicə olunur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.