Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrı "Min nəfəs, bir səs" teatr festivalında iştirak edəcək
8 May 2014 16:47
Baxış: 1 449
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Adanada keçirilən Sabançı Beynəlxalq Teatr Festivalından yenicə qayıtmış Akademik Milli Dram Teatrı bu gün daha bir Beynəlxalq Festivalda iştirak etmək üçün Türkiyənin Konya şəhərinə yola düşür.
Milli.Az xəbər verir ki, Türkiyənin qədim mədəniyyət mərkəzlərindən olan Konyada keçirilən "Min nəfəs, bir səs" teatr festivalında teatrımız Azərbaycanı "Kitabi-Dədə Qorqud" eposunun "Dirsə xan oğlu Buğac" boyu əsasında hazırlanmış "İlahi oyun" tamaşası ilə təmsil edəcək.
Janrı bir hissəli soylama kimi müəyyənləşdirilmiş tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Amid Qasımov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Səhnə əsərində əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova, Novruz Novruzlu çıxış edirlər.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Teatr Rəhbərlərinin Şurasının toplantısında Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovun təklifinə əsasən, ümumtürk ədəbi abidəsi olan "Kitabi - Dədə Qorqud" dastanının müxtəlif boyları əsasında türkdilli dövlətlərin teatrlarının tamaşalar hazırlaması və festivala təqadim etməsi nəzərdə tutulmuşdu. Sözügedən layihə çərçivəsində hazırlanan tamaşalar Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının keçirdiyi VII "Min nəfəs, bir səs" Türkdilli Teatrların Beynəlxalq Festivalında təqdim olunacaq.
Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin və Konya Dövlət Teatrının təşəbbüsü, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin və Konya Valiliyinin dəstəyi ilə təşkil olunan "Min nəfəs, bir səs" Türkdilli Teatrların Beynəlxalq Festivalı artıq 7 ildir ki, mütəmadi şəkildə keçirilir və böyük maraqla qarşılanır. Dostluq və sülhü əsas məramı hesab edən festivalda bu 7 il ərzində müxtəlif ölkələrin türk dilində tamaşa hazırlayan teatr kollektivləri iştirak edib.
Festivalın bu ilki proqramına Türkiyə teatrları ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Dağıstan, Qaqauz, Balkarya və Hollandiya teatrları dəvət olunub. 4-14 may tarixlərində keçirilən festivalda 10 tamaşa nümayiş olunacaq.
Akademik Milli Dram Teatrının "İlahi oyun" tamaşası Ulu Öndərin doğum günündə - 10 may tarixində, yerli vaxtla saat 20.00-da nüamyiş olunacaq. Akademik Milli Dram Teatrının tamaşasının məhz Heydər Əliyevin doğum günündə təqdim olunması heç də təsadüfi deyil. Çünki məlum olduğu kimi, "Kitabi-Dədə Qorqud" dastanının Azərbaycan xalqının mühüm tarix və mədəniyyət qaynaqlarından biri kimi araşdırılılması işi Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il tarixli müvafiq Fərmanından sonra sistemli şəkildə həyata keçirilməyə başladı. Ümummilli lider rəsmi sənədlərdə, yığıncaqlardakı çıxışlarında, habelə verdiyi müsahibələrində dönə-dönə "Kitabi-Dədə Qorqud" dastanının tarixi, mədəni dəyərindən bəhs edib, onu ədəbiyyatımızın ən dəyərli abidələrindən biri kimi qiymətləndirib. 1300 illik yubiley üzrə Dövlət Komissiyasının iclaslarında H.Əliyev alimlər, yaradıcı ziyalılar, eləcə də dövlət qurumları qarşısında məsələlər qaldırıb, yeni elmi, bədii, təsviri sənət əsərləri yaradılmasını tövsiyə edib, Dədə Qorqud dastanı ilə bağlı park kompleksinin hazırlanmasını gündəliyə gətirib, dastanın öyrənilməsi işinin yubileylə kifayətlənməyib, fasiləsiz davam etməsini xüsusi vurğulamışdı. Yeri gəlmişkən, Ulu Öndərin arzusu həyata keçmiş, ötən il Bakının Qorqud park kompleksi salınmış, "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılıb.
Bu mənada, bu gün belə möhtəşəm bir layihənin həyata keçirilməsi, türkdilli dövlətlərin teatrlarında "Kitabi-Dədə Qorqud" dastanının boyları əsasında tamaşaların hazırlanması və beynəlxalq festivalda nümayişi milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində gördüyü işlərin məntiqi davamı və uğurlu nəticəsi kimi dəyərləndirilə bilər.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib - (Foto)
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
XƏBƏR LENTİ
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)
-
"Yeraltı"dan qocaman aktyorlara hörmətsizlik - (Foto)